воскресенье, 28 сентября 2014 г.

ZİLHİCCƏ AYININ MÜBARƏKLİYİ

o Mübarək Zilhiccə ayı vücudi inkişaf üçün gözəl fürsətlər təqdim etmə baxımından çox böyük əhəmiyyət kəsb edir.
Bu ayın ilk 9 günündə oruc tutmağın xüsusi təkid olunduğu məlumdur. Təkcə onu qeyd etmək kifayətdir ki, «Tərviyə günü» adlanan 8-ci günün orucunun 60 illik kəffarəni aradan aparmaq qədər fəziləti vardır. 9-cu günə - Ərəfə gününə keçən gecə, 170 ilin ibadətinin savabını verən, tövbələrin qəbul olunduğu, duaların müstəcəb olduğu gecələrdəndir. Ərəfə gününün özünə gəldikdə isə, bu günün fəzilətləri o qədər böyükdür ki, hətta onu bayram kimi qeyd edirlər. Ərəfə günü ibadətə, itaətə dəvət, ruhun pərvazı günüdür, Allahın ehsan günü, iblisin xar, həqir olan, qovulan günüdür.
o Ərəfə günündə İmam Hüseyni (ə) ziyarət edə bilən insan, 1000 həcc, 1000 ümrə, 1000 cihadın savabını apara bilər. Həmin gün tövsiyə olunan əməllərdən biri də əsr namazından sonra, Ərəfə duasını oxumazdan öncə 2 rükət namaz qılmaqdır ki, bunu qılan və günahlarını etiraf edərək məğfirət diləyən insan Ərəfat savabına malik olar və günahları bağışlanar.
o Hər gün axşamçağı xüsusi bir namazın qılınması məsləhət bilinir. Şam və xüftən namazları arasında qılınan bu 2-rükətli namaz, hət rükətin surəsindən sonra Qurani-Kərimin “Əraf” surəsinin 142-ci ayəsinin oxunması ilə səciyyələnir. İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir ki, Zilhiccə ayının ilk ongünlüyündə bu namazı tərk etməyən insan, hacıların yerinə yetirdiyi həcc əməlinin savabına şərik olur.

Комментариев нет:

Отправить комментарий