воскресенье, 28 сентября 2014 г.

Ərəfə günündən Qurban bayramına keçən gecə

Ərəfə günündən Qurban bayramına keçən gecə oyaq qalıb ibadət etmək (əhya saxlamaq),
“Nüdbə” duasını, İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini, İmam Zeynəl-abidinə (ə) məxsus olan «Səhifeyi-Səccadiyyə»dən 48-ci duanı (Qurban bayramı və cümə gününün duası) oxumaq müstəhəbdir. Bu duaların hər birinin həcmi böyükdür və «Məfatihül-cinan» kitabında verilmişdir.
Qurban bayramı gününün zöhr namazından etibarən zilhiccə ayının 12-ci gününün sübh namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək də böyük savaba malikdir: «Allahü əkbər, Allahü əkbər, la ilahə illəllah, vallahü əkbər, Allahü əkbər və lillahil-həmd. Allahü əkbərü əla ma hədana. Allahü əkbərü əla mə rəzəqna min bəhimətil-ən’am. Vəlhəmdü lillahi ma əblana». Tərcüməsi: «Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa məbud yoxdur və Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır və həmd Allaha məxsusdur. 
Biz
ə verdiklərinə görə, ev heyvanlarından bizə ruzi yetirdiyinə görə Allah hər şeydən ucadır. Bizi sınağa çəkdiyinə görə Allaha həmd olsun».

Zilhiccə ayının 10-cu gecəsi – yəni bu il oktyabrın 15-dən 16-na keçən gecə – təbərrük və müqəddəs gecələrdəndir. Bu bayram gecəsi il ərzində olan həmin o gecələrdəndir ki, onda əhya saxlamaq – oyaq qalıb ibadət etmək xüsusilə bəyənilmişdir. Qurban bayramının gecəsi asimanın qapıları açıq qərar verilimiş və o gecəni İmam Hüseyn (ə) ziyarətini oxumaq və dua-münacatla keçirmək çox bəyənilmişdir.

Комментариев нет:

Отправить комментарий