воскресенье, 7 сентября 2014 г.

Övladının ölümünə səbir edə bilməyənin əvəzi

Övladının ölümünə səbir edə bilməyənin əvəzi


İmam Sadiq (ə) buyurub: "Möminin övladının ölümündən savabı cənnətdir. İstər bu ölümə səbir etsin, və ya etməsin".

Həmçinin buyurub: "Bir kəsin başına müsibət gəlsə və o da, bu müsibətə fəğan etsə, və ya fəğan etməsə, səbir etsə, və ya səbir etməsə də (hər bir halda) Allahdan əldə edəcəyi savab cənnətdir".


Bu hədislərdə səbir edə bilməmək deyən zaman Allaha etiraz və üsyan etmək nəzərdə tutulmur. Çünki əvvəlki hədislərdə də nəql etdiyimiz kimi, bəla və müsibət zamanı Allaha üsyan və etiraz bəlanın savabını aradan aparar. Necə ki, İmam Əli (ə) Əşəş ibn Qeysə övladının ölümü səbəbilə fəğan etdiyi zaman demişdir: "Əgər səbir etsən, qəza sənin üzərində cari olacaqdır və sən də (bu bəlaya səbir etdiyinə görə) ilahi savaba nail olacaqsan. Yox! Əgər səbir etməsən, yenə də ilahi təqdir sənin barəndə cari olacaqdır. Lakin (bu zaman ilahitəqdirə səbir etməyib, üsyan etdiyinizə görə) günah üzərində qalacaqdır".

Buradan aydın olur ki, İmam Sadiqdən (ə) nəql olunan hədisdə gələn səbir etməməkdə məqsəd, Allaha etiraz etmədən ağlamaq və sızlamaqdır.


Bəla və Səbr kitabindan

Комментариев нет:

Отправить комментарий