воскресенье, 28 сентября 2014 г.

HACILARIN SAVABINI

Zilhiccə  ayının ilk ongünlüyündə hər gün axşam çağı xüsusi bir namazın qılınması məsləhət bilinir. 
Şam (məğrib) və xüftən (işa) namazları arasında qılınan bu 2-rükətli namazın hər rükətində  “Fatiə” və “İxlas” surələrindən sonra Qurani-Kərimin “Əraf” surəsinin 142-ci ayəsi oxunur. İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir ki, Zilhiccə ayının ilk ongünlüyündə bu namazı tərk etməyən insan, hacıların yerinə yetirdiyi həcc əməlinin savabına şərik olur.
    Zilhiccə  ayının ilk 9 günündə xeyir əməllər yerinə yetirməyin üstünlükləri barədə dinimizdə çoxlu tövsiyələr mövcuddur. Əlbətdə ki, insan bütün il boyu xeyir əməllərə can atmalıdır, lakin bu günlərdə gözəl əməllərin xüsusilə sevilməsi, insanı həmin əməllərə daha da həvəsləndirir, insan gözəl işlərə daha da sövq edilir.
    Zilhiccə ayında ən əlamətdar tarix kimi, ayın 10-da müqəddəs Qurban bayramı – mənəvi həcc səfərinin şah zirvəsini sinvolizə edən günün və zilhiccə ayının 18-nin – Qədir-Xum bayramı – Həzrət Əlinin (ə) Allah Rəsulu Həzrət Muhəmmədin (s) canişini və vəsisi elan edilən günün qey edilməsi çox vacibdir. Qədir-Xum bayramı – dinin kamil surətdə qərar verilməsinin rəmzi olaraq çox əhəmiyyətlidir.
Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan digər bəzi əməlləri də var:

- Qeyd etdiyimiz kimi, ayın ilk doqquz gününü oruc tutmaq (bu oruc, bütün ömür boyu tutulan orucun savabına malikdir);
- İmam Cəfər Sadiqdən (ə) nəql edilən duanı «Allahummə həzihil əyyəmul-ləti fəzzaltəhə ələl-əyyəmi və şərraftəhə…» (Allahım! Bu günləri ki, ilin digər günlərindən daha fəzilətli və şərafətli qərar vermisən və məni öz lütv və rəhmətinlə bu günlərin dərkinə nəsib etmisən…), zilhiccə ayının əvvəlindən Ərəfə gününün əsr namazı vaxtına qədər, sübh namazından sonra və şam namazından qabaq oxumaq («Məfatihul-Cinan» dua kitabından);
- Ayın ilk ongünlüyün hər günündə Allah Təalanın Həzrət Cəbrayıl (ə) vasitəsilə Həzrət İsaya (ə) hədiyyə göndərdiyi beş duanın hər birini 10 dəfə oxumaq («Məfatihul-Cinan» dua kitabından);
- Ayın ilk ongünlüyün hər günündə İmam Əlidən (ə) nəql olunmuş təhliyatı («Lə iləhə illəllahla» başlayan zikrləri) 10 dəfə oxumaq.

Комментариев нет:

Отправить комментарий