воскресенье, 28 сентября 2014 г.

Ərəfə günü və zilhiccə ayında oruc tutmaq




Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir.
Nafilə oruclar bütün mübah günlərdə tutula bilər. Ancaq bəzi günlərdə oruc tutmaq daha fəzilətli hesab edilərək, bu günlərdə oruc tutmaq sünnə və ya məndub qəbul edilmişdir. Hz. Peyğəmbərin əksərən oruc tutduğu və möminləri də oruc tutmağa təşviq etdiyi günlər vardır. Bunlardan biri də Ərəfə günü orucudur.
Həccə getməyənlərin zilhiccə ayının doqquzuncu günü oruc tutmaları müstəhəbdir. Rəsulullah (s.ə.s) bu haqda belə buyurmuşdur: “Ərəfə günü tutulan orucun, bundan əvvəlki və sonrakı bir ilin günahlarını örtəcəyi Allahdan umulur.”[1]
Bundan əlavə Zilhiccə ayının ilk doqquz günü oruc tutmaq tövsiyə edilmişdir. Ancaq həcdə olanlara yorğunluq verə biləcəyi üçün onların ərəfə günü oruc tutmaları məkruh sayılır. 

Комментариев нет:

Отправить комментарий