воскресенье, 28 сентября 2014 г.

Ağlamaq

Ağlamaq – acı, kədər, peşmançılıq və bəzən də sevincdən göz yaşı tökmək, üzülmək, iztirab çəkmək, kədərlənmək mənalarını verir.
 
Ağlamağın səbəbləri – Allah qorxusu, sevgisi, qiyamət, hesab və Cəhənnəm əndişəsi, Cənnət nemətləri yaxud da dünya işləri ilə bağlı sevinc və kədər hisləri.
Dinimizdə həddən artıq gülmək xoş qarşılanmamış, əksinə günah əndişəsi ilə ağalamaq tövsiyə olunmuşdur. Qurani-Kərimdə “ağlamaq”la bağlı bəzi ayələr belədir: Allah Rəsulunun əmrinə əməl etməyərək Təbük səfərinə qatılmayıb Mədinədə qalanlar haqqında nazil olan: “Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar![1] ayəsində ağlamağın əhəmiyyətini, xristian din xadimləri haqqında gələn: “Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: “Ey Rəbbimiz! 
Biz
 iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə 
yaz
![2] bəyanında isə göz yaşlarının ulu dərgahda nə qədər dəyərli olduğunu görürük. Bu və bu kimi ayələr inananları ağlayıb sızlamağa sövq edir. Lakin ağlamağın da bir ədəbi, qaydası var. Saç-baş yolaraq, üz-gözə vuraraq və özünü göstərmək üçün, riyakarlıqla ağalamaq tövsiyə olunmur. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bəzən ümmətin aqibətindən narahat olduğu üçün və onlara olan şəfqətindən, bəzən vəfat edənlərə mərhəmətindən, bəzən Allah qorxusundan, bəzən Quranı dinləyərkən, bəzən də namaz qılarkən ağalayardı.

Namazda ağlaması
Abdullah ibn Şihhir (r.a) nəql edir: “Allah Rəsulu namaz qılırdı. Yanına yaxınlaşdım. Elə için-için ağlayırdı ki, elə bil ocağın üstündə qazan qaynayırdı”[3]. Şübhəsiz ki, Allah qorxusundan bu cür ağlayırdı.
Abdullah ibn Amr (r.a) rəvayət edir: “Bir gün günəş tutulmuşdu. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) namaz qılmaq üçün ayağa qalxdı. Orada olanlar da qalxıb namaz qılmağa başladılar. Namazın qiyamını xeyli uzatdı. Sonra rükuya getdi və rükuda da bir o qədər dayandı. Rükudan qalxıb səcdəyə getdi və səcdəni də xeyli uzatdı. Səcdədən başını qaldırıb cəlsədə uzun müddət oturdu. İkinci səcdəsi də xeyli çəkdi. İkinci rükəti də bu şəkildə uzun qıldı. İkinci rükətin səcdəsində dərindən nəfəs aldı. Ağlaya-ağlaya dua edirdi: “Ey Rəbbim! Sən mənə onların arasında oduğum müddətdə əzab etməyəcəyini vəd etmədinmi? Ey  Rəbbim, ümmətim nə qədər ki Sənə tövbə edib yalvarır, bağışlanma diləyir, ona əzab etməyəcəyinə söz vermədinmi?! Budur qapına gəlmişik,Səndən əfv diləyir və Sənə yalvarırıq”.
İki rükətlik namaz qurtaranda günəşin üzü açılmışdı. Peyğəmbərimiz namazdan sonra Allaha həmd-səna edib camaata xitab etdi: “Günəş və Ay Allahın var və bir olduğunu göstərən dəlillərdir. Ayın və ya Günəşin tutulduğunu görəndə Allahı zikrə (namaza) tələsin. Allaha and olsun ki, Cənnət mənə o qədər yaxınlaşdırıldı ki, (əl uzatsaydım), üzüm salxımlarından dərə bilərdim. Cəhənnəm də o qədər yaxınlaşdırıldı ki, sizi əhatəsinə almaqdan qorxub Allaha sığındım”[4]. Allah Rəsulu bu sözləri ilə ümmətinə Ay və Günəş tutulmasının dua və zikr vaxtı olduğunu bildirmiş, möminləri belə vaxtlarda Allahı zikr etməyə çağırmışdır.

Комментариев нет:

Отправить комментарий