воскресенье, 28 сентября 2014 г.

Ərəfə günü (27 noyabr)



Zilhəccə ayının 9-cu gecəsi mübarək bir gecədir. Bu gecə münacat və dua gecəsidir. Bu gecə dua və tövbələr qəbuldur. Bu gecəni ibadətlə keçirən adama 170 ilin ibadətinin savabı veriləcəkdir.Allahın rəsulu, əzəmətli peyğəmbərimiz buyurur: "Allah-taala heç bir gündə, ərəfə günü qədər bəndələrini cəhənnəm odundan azad etmir" ("Kafi", 4/336) Bu gecə və gündüzdə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbbidir: 1. Salavat; 2.İmam Hüseynin (ə) ziyarəti; 3.Zöhr və əsr namazından sonra və ərəfə duasını oxumamışdan qabaq açıq havada iki rəkət namaz qılmaq; 4. "Subhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər" zikrini, "Tohid" surəsini və "Ayətəl kursini" və "Salavat"ı yüz dəfə oxumaq; 5. Ərəfə duası.

Комментариев нет:

Отправить комментарий