воскресенье, 28 сентября 2014 г.

Quran ayələrini dinləyərkən ağlaması

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Qurani-Kərim dinləyərkən ağlayardı.
Bu göz yaşları Allah qorxusu ilə yanaşı, Rəbbə sayğı və sevgidən qaynaqlanırdı.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir gün Abdullah ibn Məsuda: “Quran oxu, dinləyim”, –  deyir. Abdullah ibn Məsud həyəcanla: “Quran Sənə nazil olduğu (və ən çox Sənin ağzına yaraşdığı) halda mən onu Sizə necə oxuya bilərəm, ey Allahın Rəsulu?” – deyə sual edir. “Mən başqasından Quran dinləməyi xoşlayıram”, − deyə cavabını verir Allah Rəsulu. Abdullah ibn Məsud “Nisa” surəsini oxumağa başlayır. “(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və Səni də onlara şahid çəkəcəyimiz zaman onların halı necə olacaq” ayəsinə çatanda Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) göz yaşları selə dönür”[5].[5]Buxari, “Təfsirul-Quran”, 81.

Комментариев нет:

Отправить комментарий