воскресенье, 13 апреля 2014 г.

Yeməkdə nizam-intizam və sağlamlıq

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



Həzm orqanı, ağız, dişlər, çörəyə, suya olan ehtiyac və digər ne᾽mətlər mehriban Allahın insana bəxş etdiyi lütflərindəndir.
Halal ruzi qazanmaq, ondan düzgün istifadə etmək, bədənin sağlamlığı və s. kimi cəmiyyətə tə᾽sir göstərən çox mühüm göstərişlər Qur᾽anda və rəvayətlərdə qeyd olunmuşdur. Onların bə᾽zisi vacib, bə᾽zisi əxlaqi vəzifə, digər bir hissəsi isə olduqca müstəhəbdir. Vacib buyrulanlara boyun əyməmək haram olaraq qiyamət əzabına yol açır. Müstəhəbə boyun əyməmək isə böyük ziyanlara, cismi xəstəliklərə səbəb olur.
Qur᾽anda buyrulan ən mühüm vacib əməllər, həyatın davamı üçün qazanc əldə etmək, mənzil, geyim, qida və s. bu kimi zəruri ehtiyacları halal yolla əldə etməkdən ibarətdir:
«Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu ne᾽mətlərə görə) Ona şükür edin» («Bəqərə» surəsi, ayə 172.) .
«Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, Şeytan sizinlə açıq-açığına düşməndir» («Bəqərə» surəsi, ayə 168.) .
«(Ey Adəm oğulları!) Yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz» («Ə᾽raf» surəsi, ayə 31.) .
Bu ayələrdə pakizəlikdən, halallıqdan və israfdan çəkinməkdən söhbət gedir.
Halal ruzi qazanmaq, qidanın paklığına riayət etmək vacib, israf isə haramdır. Halala e᾽tinasızlıq, haram və nəcis maddələrlə qidalanmaq Haqqın göstərişinə zidddir. Özünə zülm etməyə və Allah əzabına səbəb olur.
Ailə başçısı gözəl İslam tə᾽limləri ilə tanış olmalı, onları ailəsinə ötürərək, ailə üzvlərinin tərəqqisinə yol açmalıdır.

Комментариев нет:

Отправить комментарий