воскресенье, 27 апреля 2014 г.

Ədəbin nəticəsi haqqında hədislər

Tuhəful-uqul: «Allah-taala İsaya (ə) buyurdu:«Öz qəlbini (Məndən olan) qorxu ilə tərbiyə et.» (Tuhəful-Uqul, səh.500)

İmam Əli (ə): «Gözəl ədəb əxlaqın paklaşmasına səbəb olar.» (Ğurərul-Hikəm, hədis 5520)
İmam Əli (ə): «Kim ədəbə könül versə pislikləri azalar.» (Ğurərul-Hikəm, hədis 8271)
İmam Əli (ə): «Alimlərlə yoldaşlıq et ki, ədəbin gözəlləşsin və nəfsin paklaşsın.» (Ğurərul-Hikəm, hədis 4786)
İmam Əli (ə): «Ədəb zehnin itiliyinə səbəb olur.» (Ğurərul-Hikəm, hədis 4333)
İmam Əli (ə): «İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu bir neçə dəfə artar.» (Ğurərul-Hikəm, hədis 4174)

Комментариев нет:

Отправить комментарий