воскресенье, 13 апреля 2014 г.

Vəsiyyət haqqında hədislər

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

1818.Vəsiyyət
Quran
«Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Bu, təqvalılara vacibdir.»(Biharul-Ənvar, c.103, səh.194, hədis 3 )
Hədis:
6515.Allahın Peyğəmbəri (s): «Vəsiyyət etmək hər bir müsəlmanın vəzifəsidir.»(Təhzibul-Ehkam, c.9, səh.174, hədis 708 )
6516.Allahın Peyğəmbəri (s): «(Allahın rəhmətindən) o şəxs məhrumdur ki, vəsiyyət etməkdən məhrum olsun.»(əl-Kafi, c.7, səh.62, hədis 18 )
6517.Allahın Peyğəmbəri (s): «Heç bir müsəlmana gecəni vəsiyyətnaməsi başının altında olmadan keçirmək yaraşmaz.»(əl-Fəqih, c.4, səh.184, hədis 5420 )
6518.İmam Baqir (ə): «Kim öləndə miras haqqı olmayan qohumlarına vəsiyyət etməsə, əməlini günahla sona çatdırıb.»(əl-Kafi, c.7, səh.11, hədis 5 )
1819.Vəsiyyətdə ziyan vurmaq, zülm və haqsızlıq etmək olmaz
6519.İmam Əli (ə): «Kim vəsiyyət etsə və (öz vəsiyyətində) zülm etməsə, (varisə) ziyan vurmasa, onu (vəsiyyət etdiyi malı) öz sağlığında sədəqə vermiş şəxs kimidir.»(Maidə, ayə 6 )

Комментариев нет:

Отправить комментарий