воскресенье, 13 апреля 2014 г.

Sərxoş olmayacaq qədər spirt qəbul edən adam, bu halda namaz qıla bilərmi?

Sərxoş olmayacaq qədər 

rt qəbul edən adam, bu halda namaz qıla bilərmi?

Müəllif: Suallarla İslam, 26-3-2014
Əvvəlcə bunu ifadə etmək
lazımdır ki spirtli içkilər və narkotik maddələr dinimizin qaydalarında haram edilmişdir: Rəsulu Əkrəm (sallallahu aleyhi və səlləm) belə buyurur:
"Çoxu sərxoş edən şeyin azı da haramdır." (Tirmizi, Eşribe, 3; Əbu Davud, Eşribe, 5; Nəsai, Eşribe, 25)


"Bir farakı sərxoş edən şeyin bir ovucu da haramdır." (Ahməd, Müsned, 6/71, 72, 131)
Bununla birlikdə ibadət bir idrak və şüur işidir. Bunun üçündür ki  bütün ibadətlərdə Müsəlman olmanın və buluq çağına çatmanın yanında ağıllı olmaq şərti qoyulmuşdur. İbadətlərin məqbul olması üçün  ibadət niyyətiylə və ixlasla edilməsi lazımdır. Bu səbəblə namaz qılacaq  oruc tutacaq kimsənin nə dediyini  nə etdiyini biləcək qədər ayıq olması, ağılının başında olması lazımdır. Uca Allah Nisa surəsinin 43. ayəsində,
"Ey iman edənlər! Sərxoşkən  nə dediyinizi bilənə qədər namaza yaxınlaşmayın."

"Sənə vəhy edilən kitabı oxuyub təbliğ et, namazı haqqıyla əda et! Şübhəsiz ki namaz, insanı, pis və çirkin davranışlardan, meşrû (qanuni) olmayan işlərdən uzaq tutar. Allahı namazla xatırlamaq, əlbəttə ən böyük fəzilətdir. Allah nə etdiklərinizi bilir! (Ənkəbut, 29/45)
Oxunma sayı : 106

Комментариев нет:

Отправить комментарий