***
–İmam Sadiq əleyhissalam buyurur: Ən fəzilətli əməllər, namazın vaxtında qılınması, valideynə yaxşılıq və Allah yolunda cihad etməkdir.
Biharul-ənvar /74/85.
***
–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah-taalanın onun ölüm anlarındakı çətinliklərini asanlaşdırmasını istəyirsə, qohum-əqrəbası ilə sıx əlaqədə olsun, valideyninə yaxşılıq eləsin. Əgər belə edərsə, Allah-taala o şəxsin ölüm anlarını asanlaşdırar və həyatında heç vaxt fəqirliklə qarşılaşmaz.
Səfinətul-bihar /2/553.
***
–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs valideynlərinə, hətta onlar zülm etmiş olsalar belə, qəzəblə baxsa, Allah-taala onun heç bir namazını qəbul etməz.
Kafi /2/349.
***
–İmam Sadiq əleyhissalam buyurur: Bir kəs Peyğəmbərdən valideyninə yaxşılıq etmək barəsində soruşdu. Həzrət buyurdu: Anana yaxşılıq et, anana yaxşılıq et, anana yaxşılıq et. Atana yaxşılıq et, atana yaxşılıq et, atana yaxşılıq et... (Həzrət ananı atadan qabaq qeyd etdi).
Kafi /2/162.
Комментариев нет:
Отправить комментарий