воскресенье, 27 апреля 2014 г.

Ədəb haqqında hədislər

İmam Əli (ə): «Ədəb insanın kamalıdır.» (Ğurərul-Hikəm, hədis 998)

İmam Əli (ə): «Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir.» Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar.» (Mişkatul-ənvar, səh. 135)
İmam Əli (ə): «Ədəb xislətlərin ən gözəlidir.» (Ğurərul-Hikəm, hədis 967)
İmam Əli (ə): «Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir.» (Ğurərul-Hikəm, hədis 5036)
İmam Əli (ə): «İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar.» (Ğurərul-Hikəm, hədis 3590)
İmam Əli (ə): «Gözəl ədəb ən üstün əsil-nəsəb və ən yüksək qohumluqdur.» (Ğurərul-Hikəm, hədis 4853)
İmam Əli (ə): «Ədəb öyrən! Çünki o, əsil-nəcabət şərəfinin zinətidir.» (Ğurərul-Hikəm, hədis 6096)
İmam Əli (ə): «Gözəl ədəb əsil-nəcabət şərəfini əvəz edir.» (Biharul-Ənvar, c.75, səh.68, hədis 8)
İmam Əli (ə): «Ədəbdən xeyirli şərəf yoxdur.» (Biharul-Ənvar, c.71, səh.428, hədis 78)
İmam Əli (ə): «Ədəbi olmayanın əsil-nəcabət şərəfi puç olar.» (Tuhəful-Uqul, səh.96)
İmam Əli (ə): «Sizin zinətiniz ədəbdir.» (Nəhcüs-Səadə, c.2, səh.50)
İmam Əli (ə): «Ədəb kimi zinət yoxdur.» (Ğurərul-Hikəm, hədis 10466)

Комментариев нет:

Отправить комментарий