воскресенье, 6 апреля 2014 г.

Ölümdən sonraki xəbərlər

Ölümdən sonraki xəbərlər


Can alındıqdan sonra ruh bədənin üzərində (üstündə) dayanır.

Mö᾽minin ruhu asimanlara, kafirin ruhu isə aşağıya aparılır. Cənazə götürüləndə mö᾽minin “məni tez öz mənzilimə çatdırın!”, kafirin isə “məni qəbrə aparmağa tələsməyin”! sədası gəlir. Mö᾽minə qüsl veriləndə mələk soruşur: “Dünyaya qayıtmaq istəyirsənmi”? Cavab verir: “Yox, bir daha dünyanın çətinliklərinə qayıtmaq istəmirəm.”
Qüsl zamanı və dəfndə meyyitin ruhu iştirak edir: qüsl verən şəxsi görür, dəfn edənləri müşahidə edir, onların söhbətlərini eşidir. Bu səbəbdən də əmr olunmuşdur ki, meyyitin ətrafında qalmaqal salınmasın, müxtəlif söhbətlər edilməsin, çox get-gəl olunmasın, əksinə, zikr və Qur᾽an tilavətinə yer verilsin.

Комментариев нет:

Отправить комментарий