воскресенье, 13 апреля 2014 г.

Peyğəmbər (s.a.a.) müsəlmanların evlənməyi ilə fəxr edir

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Evlənmək və müsəlman nəslinin qorunması Allah rəsulunun iftixarıdır. Belə ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alih) buyurub:
“Evlənib ailə qurun və nəsil artırın ki, qiyamət günü sizlərlə, hətta ana bətnindən düşmüş uşaqla belə fəxr edəcəyəm.”( Rəsuli Əkrəm (s) buyurur: “Evlənin həqiqətən, mən Qiyamət günü ümmətlərə öz ümmətimim çoxluğu üçün ilə üstün gələcəyəm (fəxr edəcəyəm). Hətta siqt olunmuş uşaq da böyüyüb Cənnətin qapısısnda qalacaq. Оnа “Cənnətə daxil ol!” deyiləcək, о isə “Məndən əvvəl ata-anam Cənnətə daxil olmayınca mən daxil olmayacağam!” deyə cavab verəcəkdir”. (“Vəsailüş-şiə”, 7-ci cild, səh.3))
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) başqa bir hədisdə buyurub: “Mən sizə peyğəmbər olmaqla yanaşı evlənir, dadlı yemək yeyir, camaatla əlaqə saxlayaraq onların arasında yaşayıram. hər kəs mənim sünnət və həyat tərzimdən üz döndərsə məndən deyil.”( “Biharul-ənvar”, 22-ci cild, səh.124)

Комментариев нет:

Отправить комментарий