воскресенье, 13 апреля 2014 г.

Ananın övlad üzərinə qoyduğu təsirlər

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



Ananın uşaq üzərində qoyduğu təsirləri bu üç sahədə görmək mümkündür:
1. Ana öz nümunəvi xüsusiyyətləri və rəftarları ilə övladının təlim-tərbiyəsi və kamilləşməsi üçün münasib şərait yaradır.
2. Ana övladı üçün örnəkdir və övladı onun hər bir hərəkətini eynilə təkrar edir.
3. Ana müəyyən rəftarları təkrar-təkrar yerinə yetirməklə övladını bu rəftarları mənimsəməyə yönəldir.

Əvvəldə qeyd etdiyimiz kimi uşağı tərbiyələndirmək və maarifləndirmək üçün ana da bir çox bilgiləri əldə etməli və davranışında əxlaqi normalara riayət etməlidir. Aşağıdakı tövsiyələr bu işdə anaya kömək göstərə bilər:
1. Ana övladının həm evdə, həm də evdən kənardakı davranışına göz qoymalıdır. Onun dostlarını tanımalı, onlarla olan söhbətindən və rəftarlarından müəyyən qədər agah olmalıdır.
2. Ana uşağının yol verdiyi səhvləri nəzərə almalı və onların islahı üçün səy göstərməlidir.
3. Ana uşağının rəftarlarındakı məqsəd və istəyi müəyyənləşdirməklə onları sabitləşdirə və ya islah edə bilər.
4. Ana bəzən uşaqla həmfikir, həmdərd olmaq və ümumiyyətlə mülayim davranmaqla onunla dostlaşa bilər. Bu yolla da övladının hər bir işindən xəbərdar olub, kənardan olan mənfi təsirləri zərərsizləşdirə bilər.

Комментариев нет:

Отправить комментарий