воскресенье, 30 марта 2014 г.

Qur’anda qəlbin çaşqınlığı və daşlaşması mövzuları

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə... Qur’anda qəlbin çaşqınlığı və daşlaşması mövzuları
Qur’an baxımından qəlb insan ruhundan ibarətdir. O da ruh kimi qavrayışlara, hisslərə, meyllərə malikdir. O fitrətlə eyni yol tutduqda Allaha iman mərkəzi olur, həqiqətə yönəlir, qaranlıq və pasdan təmizlənir. Qur’anda buyurulur: “Kim Allaha iman gətirsə, Allah onun qəlbini hidayət edər.” (“Təğabun”, 11) Amma Allaha imandan xali qəlb istər qavrayış, istər meyl baxımından bəlaya düçar olur. Qur’an bir çox ayələrdə yuxarıda qeyd olunan istiqamətlərdə qəlbin çaşqınlığını yada salır. Qavrayışlarla bağlı qəlbin azğınlığı haqqında buyurulur: “Öz nəfs istəyini mə’bud seçən, Allahın elmi üstündən azdırdığı, qulağına və qəlbinə möhür vurduğu, gözünə pərdə çəkdiyi şəxsi gördünmü? Kimdir Allahdan sonra yol göstərən? Öyüd götürmürsünüz?” (“Casiyə”, 23) Başqa bir ayədə oxuyuruq: “Allah onların qəlblərinə və qulaqlarına möhür vurub, gözlərinə pərdə çəkib. Onlar üçün böyük əzab var.” (“Bəqərə”, 7) 
Ayələrdən birində inadkarlıq və itaətsizlik nəticəsində hidayətdən məhrum olmuş xəstə qəlb həqiqət qapıları üzünə bağlanmış, bəsirətdən məhrum, cəhalətə üz tutmuş kora bənzədilir: “Onların gözü yox, sinələrindəki qəlbləri kordur.” (“Həcc”, 46)Başqa bir ayədə oxuyuruq: “Elə ki, əyri yola düşdülər, Allah da onların qəlblərini döndərdi.” (“Səff”, 5)
Ayələrdə müxtəlif meyllərlə bağlı qəlbin azğınlıqları haqqında deyilir: “Allah birliyi ilə yada salındıqda axirətə inanmayanların qəlbləri pərişan olur, Allahdan qeyrisi yada salındıqda dərhal sevinirlər.” (“Zumər”, 45) Bəni-İsrail məzəmmət olunarkən deyilir: “Bundan sonra qəlbləriniz daş kimi, ya daha bərk daşlaşdı. Həqiqətən, bə’zi daşlardan çeşmə çıxar, onlardan bə’ziləri parçalanar və su axar, bə’ziləri isə Allah qorxusundan yuvarlanar.” (“Bəqərə”, 74) 
Bu ayədə qəlbin bərkliyi onun azğınlıq nəticəsi kimi zikr olunur. “Qəsavət” sözü bərklik, nüfuzedilməzlik mə’nasını bildirir. Bə’zən deyirlər ki, qəlb mərhəmətli, yumşaq və kövrəkdir. “Qəsavət” sözü isə sadalanan mə’nalara zidd mə’na bildirir. Mərhəmətdən, Allah qorxusundan xali qəlb qəsavətli sayılır. Belə bir qəlb daş kimi nüfuzedilməzdir. Qəsavət qəlbi daşdan da bərk edir. Qəlbi qəsavətli insanı başqalarının dərdi narahat etmir, belə biri kimsənin halına yanmır. Qəsavət səbəbindən moizə-nəsihət qəlbə tə’sir göstərə bilmir, insanın gözünün yaşı quruyur. 

Комментариев нет:

Отправить комментарий