воскресенье, 23 марта 2014 г.

Peyğəmbərin çəkdiyi məsəllər


Pey­ğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Mənim və məndən əvvəlki peyğəmbərlərin məsəli, kamil və gözəl şəkildə bir ev tikmiş, lakin bir küncündə kərpicinin birini qoymamış bir adamın məsəlinə bənzə­yir. İnsanlar bu evin içinə daxil olur, ona heyrət edib deyirlər: “Bura bir kər­pic qoyulsaydı, (əla olardı).” (əl-Buxari, 3534). 

Allahı zikr edənin misalıPeyğəmbər demişdir: “Rəbbi­ni yad edənlə yad et­məyən kimsənin misalı diri ilə ölünün misa­lına bənzəyir.” (əl-Buxari, 6407).
İnsanın malının, ailəsinin və əməlinin məsəli

Allah Elçisi demiş­dir: “Adəm oğlunun malının, ailəsinin və əməlinin məsəli üç qardaşı və ya üç dostu olan kişinin məsəli kimidir. Onlardan biri (malı) deyir: “Həyatında mən səninləyəm. Sən öldükdə isə nə mən səninlə, nə də sən mənimləsən”. O biri (ailəsi) deyir: “Mən səninləyəm. Sən o ağaca çatdıqda, nə mən səninlə, nə də sən mənimləsən”. Digəri isə (əməli) belə deyir: “Sən diri ikən də, ölü ikən də mən səninləyəm”.

Yaxşı dostla pis dostun məsəli

Peyğəmbər de­miş­dir: “Yaxşı dostla pis dos­tun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə ətir bağışlayar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy gəldi­yi­ni duyarsan. Körük vurana gəldikdə isə, ya o sənin paltarını yan­dırar, ya da ondan pis iy gəldiyini hiss edər­sən”.

Комментариев нет:

Отправить комментарий