воскресенье, 30 марта 2014 г.

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Məhəmməd peyğəmbərin (s) son günləri idi. Hələ də ümmətini bəzi məsələlərdə diqqətli olmağa çağırırdı. Bir gün xütbədə şəhadət barmağını yuxarı qaldıraraq dedi: “Məndən sonra namaz, qadın haqları, gücsüz və kimsəsizlərə yardım məsələsində diqqətli olun!”.
İslamın ilk gəldiyi coğrafiyda qadın sadəcə bədəni ilə dəyər qazanırdı. Şəxsiyyəti və mənliyi ilə heç bir şeyə yaramayan bir varlıq idi qadın. Öz həyat yoldaşını seçmə, “hə” və “yox” demə haqqından da məhrum idi. Bir kölə, ehtiras və istismar vasitəsi kimi tanınırdı. Hamı elə zənn edirdi ki, qadın sadəcə kişi üçün yaradılıb.
Bu acı mənzərə yalnız Məkkənin deyil, Roma və İranın da taleyi idi. “Çünki, kişi qadından aslı deyil, ancaq qadın kişidən aslıdır. Kişi qadın üçün yaradılmayıb. Ancaq qadın kişi üçün yaradılıb” (Pavelin Korinflilərə məktubu, fəsil 11, 8-9)
Quranın “Oxu!” deyə, nazil olan ilk ayəsi qadın və kişi ayrıseçkilyinin sona çatacağından xəbər verirdi. İlk nazil olan ayə Hz.Həvvanın diri-diri basdırlan qızlarının İslam tərəfindən himayə ediləcəyini insanlara çatdırırdı.
Qurani-Kərim bəzi məsələlərdə qadın və kişiyə eyni haqları verir. İndi də xristianlara görə, ilk günahkar sayılan Hz.Həvva və onun timsalında bütün qadınları günah töhmətindən xilas edir. İslam Hz. Adəmin Həvva tərəfindən deyil, hər ikisinin də şeytan tərəfindən aldadıldığını insanların şüuruna həkk etməyə çalışır.
Qadına iman etmək azadlığını çox görən Məkkə sakinlərinə Quran xəbərdarlıq edir. İmanda, ibadətdə, halal-haramda kişi və qadının bərabər hüquqa sahib olduğunu bildirir. Qadının ata və anasından qalma mirasının yalnız ona aid olduğunu çatdırır.
Hz. Məhəmməd(s) peyğəmbərliyini elan etdikdə qadınlardan belə, beyət almışdı.Qadınlar ona iman etdiklərini elan etmişdilər. Ancaq əvvəllər sadəcə kişilərin bütlərə iman gətirmələri kifayət edirdi. Çünki qadınların dini ərlərinin və atalarının dini idi.
Ərləri tərəfindən zorakılığa məruz qalanlar şikayətə onun yanına gələrdilər. Peyğəmbər (s) isə məsciddə kişiləri azarlayar və onlara deyərdi: “Gündüz onları döyür, gecə isə utanmadan yanlarınamı gedirsiniz?”.
Bu cəmiyyətimizdə hələ də sağalmayan bir xəstəlik mövcuddur. 
Qadın anadır. Qadın sirdir. Qadın ailədir. Qadın qız uşağıdır. Qadın nənədir. Qadın var-dövlətdir. Qadın iffətdir.Qadın cənnətdir. Qadın sirat körpüsündə yol yoldaşıdır. Qadın lövbər salınacaq bir limandır. Qadın peyğəmbəri dünyaya gətirəndir. Qadın Hz. Asiyədir(Fironun xanımı). Qadın Hz.Məryəmdir(İsa(ə)-nin anası). Qadın Hz. Xədicədir(Peyğəmbərimizin (s) ilk və ən çox sevdiyi xanımı). Qadın Hz. Fatimədir (Cənnət xanımlar xanımı). Nəhayət, qadın övladı tərəfindən bu duaya layiq görülən bir insandır: “Ey Rəbbim! Axirət günündə anamı, atamı və bütün möminləri bağışla.Məni kiçik yaşlarımdan böyüdüb boya-başa çatdırdıqları üçün Sən də ata-anama rəhm et, onları bağışla!”

Комментариев нет:

Отправить комментарий