воскресенье, 30 марта 2014 г.

Allah heç kimə qaldıra bilməyəcəyi yükü yükləməz

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...


Cahiliyyə cəmiyyətindəki insanların bir hissəsi dini praktikada yaşamağın onlara çətin gəldiyini və elə bu səbəbdən dindən uzaq həyat sürdüklərini deyirlər. Beləcə, Allaha qarşı olan nankorluqlarını öz aləmlərində qanuniləşdirdiklərinə, günahlarını isə yüngülləşdirdiklərinə ümid edirlər. Halbuki yalnız özlərini aldadırlar. Çünki Allah heç kimə gücünün çatdığından ağır məsuliyyət yükləməz. Allah Bəqərə surəsində belə buyurur:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir … (Bəqərə surəsi, 286)

Bir başqa ayədə isə Allahın bizə seçib-bəyəndiyi dinin Hz. İbrahimin dini kimi asan olduğu ifadə edilir:

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır! (Həcc surəsi, 78)

Həqiqət belə ikən, din əxlaqını tətbiq etməyin çətin olduğunu, istədiyinə baxmayaraq, dini yaşaya bilmədiyini iddia edən insan şübhəsiz ki, səmimiyyətsizdir. Bu iddia ilə də adam heç kimi aldada bilməz, ancaq öz-özünü aldatmış olar.

Комментариев нет:

Отправить комментарий