воскресенье, 30 марта 2014 г.

Ayə və rəvayətlərdə Allahla rabitə mövzusu

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Qüdsi hədisin bu bəndinin başlanğıcında Allah-təala tövsiyə olaraq həzrət Musaya və mö’minlərə xəbərdarlıq edir ki, Allahla rabitəyə münasibətdə ehtiyatlı olsunlar. Əgər bu rabitə qırılarsa insan başqa biri ilə rabitə qura bilməz və ya quracağı rabitə ona əmin-amanlıq gətirməz. Oxşar tə’birlərlə Qur’an ayələrində də rastlaşırıq. Allah öz bəndələrinə tövsiyə edir ki, Allahla rabitələrini möhkəmləndirsinlər. Ayələrdən birində oxuyuruq: “Hamınız Allahın ipinə sarılın və pərakəndə düşməyin.” (“Ali-İmran”, 103)
Bu ayədə ilahi ip vəhdət və birlik amili kimi tanıtdırılır. Bə’zi rəvayətlərdə bu tə’bir Əmirəl-mö’minin (ə) və Əhli-beyt (ə) kimi təfsir olunur. İmam Kazimdən (ə) uyğun ayə ilə bağlı belə nəql olunmuşdur: “Allahın möhkəm ipi Əli ibn Əbu-Talibdir (ə).” (“Təfsiri-nurus-səqəleyn”, c. 1, s. 448)
İmam Baqirdən (ə) həmin ayə haqqında soruşularkən buyurmuşdur: “Bizik Allahın möhkəm ipi.” (Həmin mənbə, s. 449) Bə’zi ayələrdə Allahla rabitə vasitəsi “ürvə”, yə’ni tutacaq kimi tə’bir olunur. Allah buyurur: “Dində heç bir məcburiyyət yoxdur. Doğru yol əyri yoldan aşkar seçildi. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, şübhəsiz, möhkəm dəstəkdən yapışmışdır və o qırılası deyil. Allah eşidən və biləndir.” (“Bəqərə”, 256)
Bu ayədə “ürvətul-vüsqa” ifadəsi rəvayətlərə əsasən iman, Qur’an, Əhli-beyt (ə) vilayəti mə’nasında təfsir olunur. İmam Baqir (ə) uyğun tə’birlə bağlı buyurur: “Ürvətül-vüsqa” Əhli-beyt (ə) sevgisidir.” (“Təfsiri-nurus-səqəleyn”, c. 1, s. 317)
İmam Sadiq (ə) həmin ayənin təfsiri ilə bağlı buyurur ki, nəzərdə tutulan bir olan və şəriksiz Allaha imandır.
İmam Riza (ə) buyurur: “İmam Hüseynin (ə) nəslindən olan imamlara itaət edən Allaha itaət etmişdir. Onlara müxalif olan Allaha müxalif çıxmışdır. Onlar möhkəm tutacaq və Allaha doğru bir vasitədir.” (Həmin mənbə, s. 138)
Həzrət Qur’an haqqında buyurur: “Qur’an Allahın möhkəm ipidir, Onun möhkəm tutacağıdır.” (Həmin mənbə)

Комментариев нет:

Отправить комментарий