воскресенье, 30 марта 2014 г.

Qəlb və dini tə’limlərdə onun rolu

 Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Qəlb və dini tə’limlərdə onun rolu
«Qəlb» sözü ayə və rəvayətlərdə tez-tez işlədilən sözlərdəndir. Bu söz gündəlik dilə də həmin mənbələrdən keçmişdir. Əlbəttə ki, hazırkı rəvayətlərdə “qəlb” dedikdə insanın köksündəki sənubər şəkilli maddi üz nəzərdə tutulmur. Dini tə’limlərdə düşüncə və hisslərin mərkəzi kimi fəaliyyət göstərən həqiqət qəlb adlanır. Qur’an qəlbin iki xüsusiyyətini qeyd edir. Birinci xüsusiyyət onun qazanılma və verilmə (hüsuli və hüzuri) elmlərdən xəbərdarlığıdır. İkinci xüsusiyyət meyllər və hisslərdir. Qur’an birinci xüsusiyyətlə bağlı buyurur: “Yer üzündə gəzmədilərmi ki, həqiqəti dərk edəcək qəlbləri olsun?!” (“Həcc”, 46) İkinci xüsusiyyətlə bağlı buyurulur: “Mö’minlər Allah yada salındıqda qəlbləri qorxan kəslərdir.” (“Ənfal”, 2)
Qur’anda rastlaşdığımız “fuad” sözü də qəlb mə’nasında işlədilir. Buna görə də qazanılma və verilmə elmlər, meyllər və hisslər ona aid edilir. Allah-təala qəlbin müxtəlif biliklər üçün mənşə olduğunu qeyd edir: “Qəlb gördüyünü inkar etmədi.” (“Nəcm”, 11)
Şübhəsiz, ayədə hisslərlə görmək mə’nası nəzərdə tutulur. Qəlb mə’nəvi bir məfhum olduğundan onun görməsi də mə’nəvidir.

Комментариев нет:

Отправить комментарий