воскресенье, 23 марта 2014 г.

77. Quran baxımından hicab və göz günahı

Hicabsızlıq saysız fəsadlarla nəticələnən çirkin bir işdir. Hicabsızlığın haram olunması Allahın qeyrətindən doğur. Xoş o şəxsin halına ki, Haqdan dərs alıb öz namusunu qoruyaraq, qeyrət nümayiş etdirir.
Kişi və qadın küçədə, bazarda, ictimai yerlərdə, elm və təhsil mərkəzlərində, xarici səfərlərdə bir-biri ilə qarşılaşmaq məcburiyyətində olduqlarına görə, onların fikir və ruhi sağlamlıqlarının qorunması üçün Qur᾽anda qadınlarla bağlı bir, hər iki cinslə bağlı isə digər bir vacib göstəriş verilmişdir.
Qadınlar barədə buyurulur: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö᾽minlərin övrətlərinə de ki, çarşablarını örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir» («Əzhab» surəsi, ayə 59.) .
Hər iki cins haqqında isə buyurulur: «(Ya Məhəmməd!) Mö᾽min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır»; («Nur» surəsi, ayə 30.) «Mö᾽min qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar». (Nur surəsi, ayə 31.)
İmam Sadiq (ə) buyurur: «İsa (ə) səhabələrinə dedi: «Çirkin baxışlardan çəkinin. Çünki bu baxışlar insan qəlbində günaha meyl toxumunu əkir. Bu baxış, sahibi üçün fitnə törədir. Xoş o şəxsin halına ki, baxışı gözündə yox, qəlbindədir». (Bihar, 78-ci cild, səh-284.)
Əli (ə) buyurur: «Bədəndə gözdən naşükür bir şey yoxdur. Onu istəklərindən məhrum edin. Çünki o sizi Allahdan uzaqlaşdırır». (Bihar, 104-cü cild, səh-36.)
Rəsuli-əkrəm (s) buyurur: «Hər bir üzvün özünəməxsus zinası var. Gözün də zinası naməhrəmə baxmaqdır». (Həmən mənbə.)
Qur᾽anın buyruğuna əsasən, Şüeybin qızı Musa (ə) haqqında atasına dedi: «Atacan! Onu muzdla çoban tut, çünki bu güclü və e᾽tibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır» («Qəsəs» surəsi, ayə 26.) .
Şüeyb cavabında deyir: «Bəli qızım, o güclü, qüvvətlidir. Bunun daşı kənara çəkməsindən bildin. Bəs e᾽tibarlı olduğunu haradan bildin?» Qız dedi: «Ata, onun qarşısında evə tərəf gəlirdim. Mənə dedi ki, arxamca gəl. Əgər yolu səhv getsəm, mənə de. Biz qadınları arxadan öz baxışlarımızla müşayiət edən şəxslərdən deyilik». (Bihar, 13-cü cild, səh-32.)
Peyğəmbər (s) buyurur: «Gözlərini haramla dolduran şəxsin gözü qiyamət günü Haqq-təala tərəfindən odla doldurulacaq. Əlbəttə, əgər tövbə edərək Allaha tərəf qayıtmazsa». (Mizanül-hikmə, 10-cu cild, səh-77.)
Rəsulullah (s) Allah-təaladan nəql edir: «Haram baxış İblisin zəhərli oxlarından biridir. Yalnız Mənə görə gözlərini naməhrəmdən qoruyan şəxsə bunun əvəzində elə bir iman verəcəyəm ki, onun ləzzətini qəlbində duyacaqdır». (Mizanül-hikmə, 10-cu cild, səh-78.)

Комментариев нет:

Отправить комментарий