воскресенье, 16 марта 2014 г.

Göylərlə yerin bir-birindən ayrılması

Quranda göylərin yaradılması ilə bağlı məlumat verən başqa bir ayə isə belədir:


"Məgər kafir olanlar göylə yer bitişik ikən bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?" ("Ənbiya", 21/30)

Ayənin "bitişik" mənasına gələn "ratq" kəlməsi ərəb dilində "bir-biri ilə bitişik", "ayrılmaz bir vəziyyətdə", "bütünləşmiş" mənalarına gəlir. Yəni bu söz vahid bir tam halında, bütöv olan iki maddəni ifadə etmək üçün işlədilir. Ayədəki "ayırdığımızı" ifadəsi isə ərəb dilindəki "fatq" feili ilə işlədilib ki, bu ifadə də "bitişik vəziyyətdə olan bir nəsnəni yarıb, parçalayıb çölə çıxması" mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çıxması da ərəb dilində bu kəlmə ilə ifadə olunur.

Комментариев нет:

Отправить комментарий