среда, 4 февраля 2015 г.

Tərbiyədə 3 amil

Tərbiyədə 3 amil



İslam insanın təlim və tərbiyəsində üç amilin: iradə, irsiyyət və mühitin təsirini nəzərə çatdırır. 
1. Burada iradə daha mühüm rol oynayır. Özünütərbiyə zamanı insan öz nəfsini iradə vasitəsilə islah etməyə başlayır. Buna görə də müəllim tərbiyə edəcəyi şəxsin iradəsindən istifadə etməklə həm onu islah edə bilər, həm də onun iradəsini inkişaf etdirə bilər ki, 
gələcəkdə rahatlıqla öz-özünü islah etsin. 
2. İslama görə fəzilət və rəzilliklər valıdeyindən övlada keçir. Övlad valideyinin bəyənilən və bəyənilməyən xüsusiyyətlərinin varisidir.
Qurani-kərimdə Nuh peyğəmbərin dili ilə buyurulur: ”Nuh dedi: ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları sağ buraxsan, onlar sənin bəndələrini yoldan çıxaracaq, yalnız pozğun və kafir övladlar doğub-törədəcəklər.”
Həzrət Əli (ə) buyurur: “Gözəl əxlaqi xüsusiyyətlər irsi paklığı göstərir.” Əxlaqi xüsusiyyətlərin formalaşmasında irsiyyətin rolu barədə həzrət Əlinin (ə) fikrinə aid olan aşağıdakı misalı qeyd etmək yerinə düşərdi. 
Cəməl döyüşündə Məhəmməd Hənəfiyyə qoşunun bayraqdarı idi. Əli (ə) ona hücum əmri verir. Məhəmməd Hənəfiyyə hücum edir. Lakin düşmənin qılınc və nizə zərbələri müqabilində geri çəkilir. Əli (ə) özünü ona çatdırır və buyurur: ”Düşmənin zərbələrindən qorxma, hücum et!” Məhəmməd Hənəfiyyə bir az irəli gedir və yenidən dayanır. Əli (ə) onun zəifliyindən narahat olur, yaxınlaşıb qılıncın (dəstəyi) qəbzəsi ilə onun çiyninə vuraraq buyurur: ”Qorxunu anandan irs alıbsan (yəni məndə qorxu yoxdur), əgər anan Fatimə olsaydı, səndə qorxu olmazdı”.
Övladların qüsur, çatişmamazlıq və pozğunluq, günahkarlıqlarının (naqis və fasidliklərinin) qarşısını almaq üçün islam lazımi göstərişlər (təlimatlar) vermişdir. Bunların içərisində ən önəmliləri dəli, şərabxor, zinakar şəxslə ailə qurmamaqdır. 3. Təlim- tərbiyətə daha çox təsir edən üçüncü amil mühitdir ki, müəllim və ya valideyn mühiti tanımalı və hansı mühitdə hansı tərbiyə üsullarından istifadə edəcəyini bilməlidir.

Комментариев нет:

Отправить комментарий