суббота, 7 февраля 2015 г.

Allahdan qorxun və övladlarınız arasında ədalətli olun!

Allahdan qorxun və övladlarınız arasında ədalətli olun!

“Heç şübhə yoxdur və hər kəsə məlumdur ki,
(valideynlərin gözündə ) övladlardan bəzisi digərindən üstün olur.Lakin valideynə bir övladı qarşısında digərinə üstünlük verməsi duzgün deyildir. Rəsulullah sallallahu aleyhi və səlləmin: "Allahdan qorxun və övladlarınız arasında ədalətli olun" [1] sözlərində deyildiyi kimi bu adillik vacibdir.Ona görədə birinin yaxşı digərinin pis olmasına görə birnciyə üstünlük vermək qadağandır. Onlar arasında adil olmalı, hər birinə Allahdan qorxu üzərində sadiqlik, Ona və Rəsuluna tabeçilik haqqında nəsihətlər edilməlidir. Eləcədə valideynlər hədiyyə və vəsiyyətdədə hansınasa üstünlük verib digərlərini isə unutmalı deyillər. Əksinə bütün övladlar hədiyyə və mirasın şəriətdə gələn hədiyyə və vərəsəlik əhkamlarında buyrulduğu tərzdə bölünməsində bərabərdirlər.
Valideynlər övladlar arasında şəriətdə gəldiyi tərzdə adil olmalıdırlar.Hansındaki kişi cinsindən olana qadın cinsinə verilənin ikiqatı verilir. Əgər oğluna 1000 verirsə bu zaman qız övladına 500 düşür. Və onlardan hansısa lütfkarlıq göstərərək öz hədiyyə haqqını digərinə :" Bunu mənim qardaşıma ver" deyərək güzəştə gedirsə o zaman onun dediyi kimi edilə bilər. Əgər onlar :"Biz razıyıq ki sən bu maşını (və ya nəyisə) ona hədiyyə edəsən..." deyirlər və atayada dəqiq məlumdur ki onlar bunu onun qarşısında qorxudan deyil lütfkarlıqdan edirlər bunu etməkdə heç bir maneə yoxdur. Bununda mənası odur ki, ata övladlar arasında adilliyə riayət etsin. Yalnız o hallar istisnadır ki əgər övladlar , qız və ya oğlan fəqi yoxdur, bir birilərinə hüquqlarını güzəştə getsinlər, hansısa xüsusi səbəbdən dolayı özlərinə veriləni digərinə verilməsini istəsinlər. Bundada problem yoxdur. Bu onların hüququdur.”
AbdulƏziz ibn Bəz (rahimahullah) "Məcmuu əl-fətava". 9/235

Комментариев нет:

Отправить комментарий