четверг, 19 февраля 2015 г.

Ərin əxlaqı və ciddiyəti

İslami əxlaqa




malik olmaq,
ailə qayda-qanunları ilə tanışlıq ər üçün böyük bir üstünlük və məziyyət sayılır. Bu xüsusiyyətə malik olan bir kişi öz həyat yoldaşına qarşı çox mehriban olub ailənin bütün ehtiyaclarını təmin edir. Ailə əxlaqı islami məsələlər və dini etiqadlar əsasında olmalıdır. Dinə əsaslanmayan, zahirdə gözəl və aldadıcı, Əmr As kimilərin Əbu Musaları aldatmaqda işlətdiyi hiyləgər əxlaqlara tam təəssüflə həyat yoldaşı seçməkdə çox rast gəlinir. Adətən ləyaqətsiz fərdlər də aldadıcı sözlərlə qarşı tərəfi düzgün yolu seçməkdən azdırır və az bir keçdikdən sonra məlum olur ki, istədiyi şəxsin heç də həqiqi əxlaqı və dini dəyəri yox imiş. Buna əsasən, belə hallarda fərdlərin əməli hərəkətlərinə diqqət yetirmək bizi həqiqətə daha yaxınlaşdırır. Çoxlu rəvayətlərdə gözəl əxlaq, ailə nəvazişi kimi təbirlər bir-birinin yanında gələrək imanın bir hissəsi kimi göstərilir. Bunlar göstərir ki, gözəl əxlaq ailə mühitində müsbət təsirə malikdir. Bizim dini rəhbərlərimiz də kürəkənin dini əxlaqını evlənmədə əsas şərt və həyat yoldaşının xoşbəxtliyi kimi təqdim edilmişdir. Burada nümunə üçün Əhli-beytdən (əleyhissalam) nəql olunun bir neçə hədisi qeyd edirik:
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "İman cəhətindən ən yaxşı şəxs odur ki, gözəl və islami əxlaqa malik olub öz ailəsinə, əhl-əyalına mehriban olsun; və mən öz ailəmə qarşı sizin hamınızdan daha mehribanam.” Həzrət başqa bir hədisdə buyurur: "Həqiqətən möminlərin iman cəhətindən ən kamil olanı–əxlaq cəhətindən ən gözəl və öz qadınlarına qarşı mehriban olanlarıdır.” Hüseyn ibni Bəşşar deyir: Mənim qohumlarımdan biri qızıma elçi gəlmişdi. Amma əxlaqı pis idi. Mən bir məktub yazıb İmam Riza (əleyhissalam)-dan bu barədə məsləhət aldım. İmam (əleyhissalam) yazdı ki, əgər bədəxlaqdırsa, qızını ona vermə.” Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Bir gün Peyğəmbərin yanında oturmuşduq, Həzrət buyurdu: Qızınıza elçiliyə gələn şəxs əxlaqlı olsa ona mənfi cavab verməyin. Mən soruşdum: Ya Rəsuləllah, əgər ictimai şəxsiyyət və nəsil cəhətindən pis və alçaq olsa, yenə də ona mənfi cavab verməyək? Həzrət buyurdu: Bəli, əgər islami əxlaqa malik olsa, onun elçiliyini qəbul edin, əks halda yer üzündə əxlaqi fəsad və pozğunluqlar baş alıb gedəcəkdir.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) ailədə səmimi yaşamağın, islami əxlaqa malik olmağın, həyat yoldaşının cüzi xətalarına dözməyin fəziləti və bu işlərin mükafatı barəsində buyurur: "Hər kəs həyat yoldaşının cüzi xətalarından güzəştə getsə, ona dözsə və onun qarşısında alicənablıq göstərsə, mütəal Allah onun gözəl əxlaqı və səbirliliyi müqabilində onu cəhənnəm odunda yandırmaz, ona cənnəti vacib edər, nameyi-əməlinə iki yüz min həsənə yazar və həmin qədər də günahlarını əfv edər.” Bu hədislər göstərir ki, ərin əxlaqı qadının xoşbəxt və səadətli olmasında əsas rol oynayır. Bədəxlaq, pozğun və fasid şəxslə evlənməyin nəticəsi isə peşmançılıq və ruhi xəstəliklərə düçar olmaqdır ki, bu səfa-səmimiyyətlə dolu olan həyatı cəhənnəmə, məşəqqət və zəhmətlə dolu bir həyata çevirir.

Kitabın adı: İslamda evlənmə və ailə hüququ - 2


Комментариев нет:

Отправить комментарий