Həyat yoldaşı İlahi əmanətdir
Qadınlarla
yaxşı rəftar etməyi İslam dini çox təkid edir.
Belə ki, hətta onları Allahın
əmanətləri kimi təqdim edərək onların hüquqları barəsində azacıq belə
laqeydliyi, etinasızlığı, diqqətsizliyi ilahi əmanətə xəyanət hesab edir. Buna
əsasən, bu böyük və ilahi nemətin, əmanətin qorunmasında səy etməliyik ki,
ilahi ədalət məhkəməsində mühakiməyə çəkilməyək. Rəsuli Əkrəm (səlləllahu
əleyhi və alih) qızı Fatiməni Əli ibni Əbutalib (əleyhiməssalam)-ın evinə
köçürəndə ona buyurdu: "Ya Əli, qızım sənin əlində əmanətdir.” Bu
məsələ İslami tarix və rəvayətlərdən əlavə, Həzrət Əmirəl-möminin Əli ibni
Əbutalib (əleyhissalam)-ın öz kəlamlarında da görünməkdədir. Belə ki, o Həzrət
Zəhranı dəfn etdikdən, mübarək əlləri ilə Rəsuli Əkrəm (səlləllahu əleyhi və
alih)-in əmanəti olan o məzlum xanımı təhvil verərkən məlum olur. Belə ki, o
həzrət Rəsuli Əkrəmə salam verdikdən, Həzrət Zəhraya qarşı edilən zülmlərdən,
haqqını qəsb edənlərdən şikayət etdikdən sonra dedi: "Ey Peyğəmbər,
Allahın və Onun Rəsulunun əmanəti təhvil verildi və o, sənə doğru gəldi. Mən
isə bundan sonra həmişə qəmli olacağam, gözlərimə yuxu
getməyəcəkdir.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)
buyurur: "Həqiqətən qadınlar kişilərin yanında heç bir xeyrə və ya
zərərə malik deyillər. Onlar sizin yanınızda olan ilahi əmanətlərdir. Onlara
əsla zərər yetirməyin, hüquqlarını unutmayın.” Osman ibni Məzunun arvadı
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-dən ər-arvadın hüquqları barəsində
soruşdu və Həzrət onların hüquqlarını şərh edərək buyurdu: "Qardaşım
(Cəbrəil) həmişə qadınları tövsiyə edirdi. O qədər tövsiyə etdi ki, belə sandım
ki, kişinin öz arvadına "uf” deməsi belə caiz deyildir. O mənə xəbər verib
dedi ki, ey Mühəmməd, qadınlar barəsində Allahdan qorx və onlarla müdara et!
Çünki onlar sizin əlinizdə olan əmanətlərdir. Siz onları ilahi əhd-peyman
əsasında əmanət almısınız və onların namuslarına, canlarına hakim kəsilmisiniz.
Onların barəsində yaxşılıqdan başqa bir iş görməyin.” Bu hədisdən aydın
olur ki, qadınlar ərlərinin əlində əmanətdir. Onların barəsində hər növ qəflət,
qüsur, ifrat və ya təfrit ilahi dərgahda məsuliyyətə səbəb olur. Ona görə də
bacardıqca bu nemətlərin qədrini bilməliyik. Həzrət Əmirəl-möminin Əli ibni
Əbutalib (əleyhissalam) öz oğlu Məhəmməd Hənəfiyyəyə buyurur
ki, "Bacardıqca öz arvadınla müdara et və onunla yaxşı rəftar et ki,
səfa-səmimiyyətlə, məhəbbətlə dolu olan bir həyata, məişətə malik
olasan.” Bu vəsiyyətin oxşarını o Həzrətin öz oğlu Həsən (əleyhissalam)-a
etdiyi vəsiyyətində də görmək olar.
Kitabın
adı: İslamda evlənmə və ailə hüququ - 2
Комментариев нет:
Отправить комментарий