воскресенье, 29 декабря 2013 г.

KİŞİLƏRLƏ QADINLARIN MÜŞTƏRƏK CƏHƏTLƏRİ

Qurani-Kərimə müraciət etdikdə, kişi və qadının müxtəlif cəhətlərdə bir-birilə müştərək və bərabər olduğunu görürük. Bu cəhətlər onların dəyər və qiymətini bildirir ki, onların bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. Kişi və qadının yaxşı əməlləri qazanması:
Kişi və qadın yaxşı və xeyirli əməllər kəsb etməkdə bir-birilə bərabərdir. Belə ki, Allah-taala buyurur:
لرِّجَالِ نَصِيبٌ مِّمَّا اكْتَسَبُواْ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا اكْتَسَبْنَ...
“Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır.(Onların heç birinin hüquqları tapdanmır.)”[7]
2. İnsanın digər məxluqlara kəramət və üstünlüyü:
İnsan – istər kişi olsun, istərsə də qadın – Mütəal Allahın digər məxluqlarından üstün, şərəfli və fəzilətlidir. Allah-taala buyurur:
وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلاً
“Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (minik və nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.”[8]
(İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, və s. bu kimi məziyyətlərinə görə, həmişə Allaha şükür edib yalnız Ona itaət etməli, Rəbbinə heç bir şərik qoşmamalıdır!)

Комментариев нет:

Отправить комментарий