суббота, 4 января 2014 г.

ALLAHın rəhmət və kərəmindən hər nə qədər danışsaq, yenə də azdır. Əgər desək ki, anadan da mehribandır, səhv etmərik.

İmtahanın çətinliklərinə səbr edənlərə müjdə ver...
Pərvərdigar sevgi və mehrlə biz insanları xəlq etmişdir. ALLAHda heç bir nöqsan yoxdur ki,
kiminsə kinini qəlbinə salsın. Quran buyurur: “Şübhəsiz, ALLAH Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. ALLAHa şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur”. (“Nisa” 48). Müşrik o kəsdir ki, qəlbini Ondan qeyrisinə bağlayar. Ancaq bizim Ondan başqa ümid yerimiz yoxdur.

Комментариев нет:

Отправить комментарий