суббота, 7 декабря 2013 г.

Allah Qadınların Səadətinin Nədə Olduğunu Bilmirmi?!

Allah Təala qadınlara naməhrəm kişilərdən öz gözəlliklərini, zinətlərini gizlətməyi və ya onları göstərməklə fitnə-fəsadı yaymamaq və cinsi həyacanlara kişiləri təhrik etməmək göstərişləri verir.Allah Qadınların Səadətinin Nədə Olduğunu Bilmirmi?!
İslam cəmiyyətinin bünövrəsi təqva (haram işlərdən çəkinmək),pəhrizkarlıq və iffətə riayət etməklə qoyulur.Qadınların açıq-saçıq olması və İslami hicaba riayət etməməsi İslam düşmənlərinin arzu və hiylələrindən biridir.Hamıya məlumdur ki,qadın hər bir cəhətdən böyük qüvvədir. Qadının müsbət tərəfi vardır ki,o, müqəddəsdir. O anadır, vətəndir, igid övladlar dünyaya gətirən və onları tərbiyə edən varlıqdır. Bu deyilənlər onun Allaha bağlılığından irəli gələn gücüdür. Həmçinin mənfi tərəfi vardır, dağıdıcı və viranedici qüvvədir. Bunlar onun şeytana bağlılığından irəli gələn qüvvəsidir. Imam Sadiq (ə) buyurur:”Qadınla müqayisədə ona bənzər məxluq yoxdur. Bu həm qadınların yaxşısına, həm də pisinə aiddir.Qadınların yaxşısı dəyərinin müqablində qızıl, gümüşlə ölçüyə gəlməz,çünki o, qızıl və gümüşdən daha dəyərlidir.Lakin pis qadının qiyməti torpaq qədər də yoxdur. Çünki torpaq ondan daha üstündür.”

Комментариев нет:

Отправить комментарий