воскресенье, 29 декабря 2013 г.

Hicab (1)

4. Aydındır ki, qadınla kişi zahir və batin, cisim və ruh, xilqət və rəftar, fikir və şəfqət kimi müxtəlif cəhətlərdə bir-birindən fərqlənir ki, varlıq aləminə hakim nizam-intizar onun əsasında hərəkət etsin.

Allah-taala buyurur:
وَإِن مِّن شَيْءٍ إِلاَّ عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ
“(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən qədər endiririk.”[6]
5. Bizim etiqadımıza görə, bəşərin təklifi işləri zatən yaxşılıq və pislik xarakteri daşıyır və əql onların hansının yaxşı və pis olduğunu ayıd edə bilir. Örpəkli və ya açıq-saçıqlıq da insanın digər əməlləri kimi, həmin xarakterə malikdir. Məhz bu səbəbdən, örpək bir növ dəyər, açıq-saçıqlıq isə dəyərə əks bir əməldir. Bizim vəzifəmiz isə dəyərləri qorumaq, ona əks olanları aradan qaldırmaqdır.

Комментариев нет:

Отправить комментарий