суббота, 14 декабря 2013 г.

LƏYAQƏTLİ QADINLARIN NİŞANƏLƏRİ

“Həm təvazökar, həm də itaət edən qadınlar pak və təqvalıdırlar.”
Allah ismətli qadının iki xüsusiyyətinə təkidlə işarə etmişdir:
1) Təvazökarlıq və itaət etmək.

Qadın öz ərinə itaət edərək onun müqabilində təvazökar olmalıdır. Əgər bir qadın əri qarşısında etinasızlıq və saymazlıq göstərərsə, həqiqətdə öz ilahinin ona verdiyi fitri qanunun əksinə hərəkət etmişdir. İslam nəzərincə ləyaqətli qadın odur ki, ərinə itaət etsin və kişi də evdə böyük kimi sayılsın. Amma gərək amansızlıq və zorakılıq deyil, əksinə ailənin idarəsi və məsləhətinə uyğun təbii bir tərzdə böyüklük etsin. Qadının öz ərinin buyuruğunda diqqətli olması ümdə vəzifələrindən biridir.
QADININ CİHADI
Bir gün bir qadın Peyğəmbər (səlləllahu əleyhi və alih)in hüzuruna gəlib dedi: İndidən qiyamətə kimi yer üzünə gələcək bütün qadınlar tərəfindən sizə bir sualım vardır: nə üçün siz qadın və kişi arasında fərq qoymusunuz?! Kişilər üçün bir sıra əməl və savablar buyurmuşsunuz ki, qadınlar o savablardan məhrumdurlar. Misal üçün Allah yolunda cihad etmək. Allahın Rəsulu (səlləllahu əleyhi və alih) buyurdu:
“Qadının cihadı öz əri üçün yaxşı arvad olmaqdır.”
Məhz buna görə də qadın evdə mümkün olan qədər ən ali tərzdə təmizliyə, yemək hazırlamağa, uşaqların tərbiyəsinə və həyat yoldaşına yaxşı qulluq etməyə məşğul olmalıdır ki, həmişə Allah yolunda cəbhənin ön cərgəsində cihad etmiş olsun.
QADININ ÜRFİ QAYDALARA ƏMƏL ETMƏSİ
Kişinin qadına qarşı hüququ əxlaqi vəzifələr və ürfi qaydalardan istisna olunur. Belə ki, kişinin öz arvadını “nə üçün partarlarını yumayıb və ya xörəyi yaxşı bişirməyib” deyə sorğu-suala tutmağa haqqı yoxdur. Kişinin qadına qarşı tam haqqı təkcə ər-arvad məsələləri ilə bağlıdır ki, bu barədə qadın gərək yalnız öz ərinə təslim olsun. Salehə qadın öz ərinin ruhiyyəsindən xəbərdar olub ərinin ondan bir şey istəməsindən əvvəl onun istəyinə müvafiq əməl edən qadınlara deyilir.
QADINLAR KİŞİLƏRİN ƏMANƏTDARIDIR
Ləyaqətli qadınlar ərlərindən ayrılıqda belə, onların hüquqlarını, habelə Allahın qorunmasını əmr etdiyi haqları qorumalıdırlar.[40] Yəni istər evdə, istərsə də sair yerlərdə öz iffətlərini qorumalıdırlar. Əgər bir qadın iffətini qorumazsa, öz ərinə xəyanət etmişdir. Çünki, qadının iffəti kişinin haqqıdır. Özlərini başqalarına nümayiş etdirib göstərən qadınlar xəyanətkardırlar. Çünki qadın iffətsizliyi təkcə əxlaqsız əməllər etməklə deyildir. Hicaba riayət etməkdə süstlük edən qadınlar naməhrəmlərin nəzərini özlərinə cəlb edərək pozğunçuluq törədirlər.
Qadının iffəti kişiyə bağlıdır, amma qadının ixtiyarındadır. Həqiqətdə qadınlar öz ərlərinin əmanətçisi sayılır və bu əmanəti saxlamaqda var qüvvəsi ilə çalışmalıdırlar.
Qadının öz iffətini qorumasından əlavə, təvazökar, ərinin qarşısında həyalı və başıaşağı olması da gərəkdir. Hər bir itaətkarın öz əmr edəni qarşısında təvazökar və başıaşağı olması kimi. Əgər bir qadın dili uzun, günahkar və ailə mühitinin soyuqluğuna səbəb ola biləcək işlər görsə bir növ özbaşınalığa əl atmışdır. Kişinin özbaşınalığı bəyənilməz olduğu kimi, qadın özbaşınalığı kişininkindən daha da pisdir.
Elə bu səbəbə görə iki mühüm məsələyə artıq diqqət yetirmək lazımdır.



Комментариев нет:

Отправить комментарий