суббота, 21 декабря 2013 г.

İslamda idman

İslamda idman
İslam dini müsəlmanları idmana müxtəlif səbəblərlə təşviq etmişdir. Bu səbəblər arasında müsəlmanların ibadətlərinə və digər vəzifələrinə qüvvətli bir istəklə sarılmalarını təmin etmək,
onlara daha güclü olma yollarını göstərmək, bədən sağlamlığını təmin etmək, kənar yandan müsəlmanların İslam torpaqlarının müdafiəsinə bütünlüklə hazırlıqlı olmalarını təşviq etmək və s. səbəblər sayıla bilər. Bundan ötəri müsəlmanlar Əsri-səadətdən etibarən Hz. Peyğəmbər (sas) 'in tövsiyə etdiyi idmanlardan - atıcılıq, minicilik, güləş və s. idmanlarla məşğul olmuşdular.
Rəsulullah (s.ə.v.) xüsusilə qaçış, güləş, atıcılıq, üzmə, qaçış və ata minmək idmanlarını icra etmiş və tövsiyə etmişdir.

Atıcılıq:
Utbə b. Amir (r.anh) belə demişdir: Mən Rəsulullah (s.ə.v.) 'i minbər üzərində:
"Onlara qarşı bacardığınız qədər qüvvə hazırlayın" (Ənfal 60) Diqqət! Qüvvət atıcılıqdır." buyurarkən eşitdim.
(Səhihi Muslim Kitabu'l-İmarə B.52 HDS. 167. Sünen-i İbn Macə Kitabu'l-Cihad B.19 Hds.2813. Sünen-i Əbu Davud Kitabu'l-Cihad B.23 Hds.2514 . Sünen-i Tirmizi Kitabu Təfsirul Quran B.9 Hds.3277)

Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: "Uşaqlarınıza ox atmağı, ata minməyi və üzməyi öyrədin".(Tayalisi Sünen 2096)

Комментариев нет:

Отправить комментарий