воскресенье, 29 июня 2014 г.

Yatağa girərkən oxunan zikrlər:

«Peyğəmbər səllallahu aleyhi və səlləm hər gecə yatağına uzandıqda əllərini
cütləşdirib onların içinə üfürər, sonra ora «De: «O Allah Təkdir!», «De: «Sığınıram sübhün Rəbbinə!», «De: «Sığınıram insanların Rəbbinə!» oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq bacardığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi».

Yatağa uzananda Kursi ayəsini oxumaq lazimdir:


  1. (Allahu lə iləhə illə huvəl-həyyul-qəyyum. Lə tə'xuzuhu sinətun vələ nəum. Ləhu mə fis-səmavati və mə fil-ard. Mən zəlləzi yəşfə'u indəhu illə bi iznihi, yə'ləmu mə beynə əydihim və mə xalfəhum. Və lə yuhitunə bişeyin min ilmihi illə bimə şəə. Vəsia kursiyyuhus-səmavati vəl-ard. Və lə yəuduhu hifzuhumə, və huvəl-aliyyul-azim.)
    «Allah! Ondan başqa (ibadətə layiq olan) tanrı yoxdur, (əbədi) Yaşayandır, Qəyyumdur (kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır). Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər» O, onların (yaranmışların) önlərində və arxalarında olanı (nə olub, nə olur və nə olacağını) bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»
  2. (Amənər-rəsulu bimə unzilə ileyhi min rabbihi vəl muminun. Kullun amənə billəhi və məlaikətihi və kutubihi və rusulihi, lə nufərriqu beynə əhədin min rusilihi. Və qalu səmi'na və ətə'nə ğufranəkə rabbənə və ileykəl-məsir. Lə yukəllifullahu nəfsən illə vus'əhə ləhə mə kəsəbət və aleyhə məktəsəbət. Rabbənə lə tuaxiznə in nəsinə əu əxtə'nə. Rabbənə və lə təhmil aleynə isran kəmə həməltəhu aləlləzinə min qablinə. Rabbənə və lə tuhəmmilnə mə lə taqətə lənə bihi, və'fu annə vəğfir lənə vərhəmnə əntə məulanə fənsurnə aləl-qəumil-kafirin.)
    «(Allahın göndərdiyi) Elçi öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (buna iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, Onun Kitablarına və Onun elçilərinə iman gətirdilər. (Onlar dedilər): «Biz Onun elçiləri arasında fərq qoymuruq!» Onlar dedilər: «Eşitdik və itaət etdik! Səndən bağışlanma diləyirik ey Rəbbimiz və Sənədir dönüş!» Allah hər kəsi yalnız onun (həmin şəxsin) qüvvəsi çatdığı qədər yükləyər. (Hər kəsin) qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) onun əleyhinədir. «Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayanı da bizə yükləmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Hamimizsən! Kafir camaata qələbə çalmaqda bizə yardım et!» (əl-Bəqərə, 285-286)
  3. (Bismikə rabbi vəda'tu cənbi və bikə ərfəuhu. Fə in əmsəktə nəfsi fərhəmhə və in ərsəltəhə fəhfəzhə bimə təhfəzu bihi ibadəkəs-salihin.)
    «Ey Rəbbim! Sənin adınla böyrümü yerə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru!»
  4. (Allahummə, innəkə xaləqtə nəfsi, və əntə təvəffahə, ləkə məmatuhə və məhyahə, in əhyəytəhə fəhfəzhə, və in əməttəhə fəğfir ləhə. Allahummə, inni əs'əlukəl-afiyə.)
    «Allahım! Canımı Sən yaratdın, Sən də onu alacaqsan. Onu öldürmək də, diriltmək də Sənə aiddir. Onu diriltsən, qoru, öldürsən, bağışla! Allahım! Səndən sağlamlıq diləyirəm!»
  5. (Allahummə, qini əzabəkə yəumə təb'asu ibadəkə.) (üç dəfə)
    «Allahım! Bəndələrini dirildəcəyin gün məni Öz əzabından qoru!»
  6. (Bismikə, Allahummə əmutu və əhya.)
    «Allahım! Sənin adınla ölür və dirilirəm!»

    Otuz üç dəfə təsbih (Subhanəllah!) otuz üç dəfə təhmid (əlhəmdulilləh!) otuz dörd dəfə təkbir (Allahu Əkbər) demək.
  7. (Allahummə, rabbəs-səmavatis-səb'i və rabbəl-arşil-azim. Rabbənə və rabbə kulli şeyin, faliqal-həbbi vən-nəva, munzilət-təurati vəl-incili vəl-furqan. Əuzu bikə min şərri kulli şeyin əntə axizun binasiyətihi. Allahummə, əntəl-əvvəlu fə leysə qabləkə şeyun, və əntəl-axiru fə leysə bə'dəkə şeyun, və əntəz-zahiru fə leysə fəuqakə şeyun, və əntəl-batinu fə leysə dunəkə şeyun, iqdi annəd-deynə və əğninə minəl-fəqri.)
    «Allahım! Yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi, Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şeyin şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!»
  8. (Əlhəmdulilləhil-ləzi ət'amənə və səqanə və kəfanə və əvanə, fə kəm minmən lə kafiyə ləhu və lə mu'viyə.)
    «Bizi yedirdən, içirdən, qoruyan və bizə sığınacaq verən Allaha həmd olsun! Qoruyanı və sığınacaq verəni olmayan neçə-neçə kimsələr vardır!»
  9. (Allahummə, aliməl-ğeybi vəş-şəhadəti, fatirəs-səmavati vəl-ard. Rabbə kulli şeyin və məlikəhu. Əşhədu ən lə iləhə illə ənt. Əuzu bikə min şərri nəfsi və min şərriş-şeytani və şirkihi, və ən əqtərifə alə nəfsi suən əu əcurrəhu ilə muslim.)
    «Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və onun şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!»

    Peyğəmbər səllallahu aleyhi və səlləm «əs-Səcdə» və «əl-Mulk» surələrini oxuyardı.
  10. (Allahummə, əsləmtu nəfsi ileykə, və fəvvədtu əmri ileykə, və vəccəhtu vəchi ileykə, və əlcə'tu zahri ileykə, rağbətən və rahbətən ileyk. Lə məlcə'ə və lə məncə'ə minkə illə ileyk. Aməntu bikitabikəl-ləzi ənzəltə və binəbiyyikəl-ləzi ərsəltə.)

«Allahım! Sənə ümid edərək və qorxaraq canımı Sənə təslim etdim, işimi Sənə həvalə etdim, üzümü Sənə çevirdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!»

Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və onun bütün əshabələrinə Allahın salavatı və salamı olsun, bərəkəti yetişsin!

Комментариев нет:

Отправить комментарий