воскресенье, 1 июня 2014 г.

Şəban ayınının fəzilət və əməlləri

Şəban ayının fəziləti barədə Peyğəmbər (s)-dan belə nəql olunub ki,
buyurur:«Şəban ayı mənim ayımdır». O Həzrət (s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Həmçinin, Allahın Rəsulu (s) Şəban ayında oruc tutmağın fəziləti barədə belə buyurub: «Hər kəs bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar».

Şəban ayının bütün günlərində yerinə yetirilməsi çox tövsiyə olunan bəzi əməlləri nəzərinizə çatdırırıq:

1. Hər gün aşağıdakı zikri 70 dəfə demək:

«Əstəğfirullahə və əsəluhut-təubə»
2. Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.

3. Bütün ay boyu 1000 dəfə «Lə iləhə illəllahu və lə nə`budu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun» – deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılır.

4. Şəban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər.

Həmçinin, həmin günlərdə oruc tutmağın da fəziləti vardır. Rəvayət olunub ki, mələklər Allah-Taaladan, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər. Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.


5. Bu ayda çoxlu salavat göndərmək və s.

Комментариев нет:

Отправить комментарий