суббота, 14 июня 2014 г.

Şəban ayının son günlərinin əməlləri

İmam Rza ələyhissəlamdan nəql olunmuşdur ki, Allah-təala şaban ayının son üç gününü oruc tutub onu mübarək Ramazan ayına çatdıran şəxsə ardıcıl tutulmuş iki ayın orucunun savabını verər.

Əba İmam Rza ələyhissəlamdan belə rəvayət edir: Şəban ayının axırıncı cüməsi İmam Rza ələyhissəlamın hüzuruna getdim. Həzrət buyurdu:
"Ey Əba Səlt, şəban ayının çoxu gedib və bu cümə onun axırıncı cüməsidir. Belə isə bu ayın qalanından ayın keçən günlərində etdiyin təqsirlərin üçün yaxşı istifadə et. Sənə xeyirli olanlara üz gətir. Çoxlu dua və istiğfar et. (Allahdan bağışlanmağını istə.) Qurani -məcidi çox oxu. Öz günahlarından Allaha-təalaya tövbə et ki, mübarək ay gələndə (Ramazan ayı) özünü Allah üçün xalis etmiş olasan. Başqasının haqqını və ya əmanətini boynunda saxlama. kiminsə kinini ürəyində saxlama, etdiyin günahı tərk et. Allahdan qorx və öz gizli və aşkar işlərində ona təvəkkül et. Hər kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər." 

Bu ayın qalan günlərində bu duanı çoxlu oxu:
اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى مِنْ شَعْبانَ فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ 


(Allahummə in ləm təkun ğəfərtə ləna fima məza min şəbanə fəğfirləna fima bəqiyə minhu)
"Pərvərdigara, bizi bu şəbanın keçən günlərində bağışlamamısansa, qalan günlərində bizi bağışla"

Həqiqətən Allah-təala bu ayda mübarək Ramazan ayının hörmətinə çoxlu bəndələri cəhənnəm odundan azad edir.

Комментариев нет:

Отправить комментарий