воскресенье, 29 июня 2014 г.

Səhər və axşam zikrləri:

  1. (Əlhəmdulilləhi vəhdəhu vəs-salatu vəs-səlamu alə mən lə nəbiyyə bə'dəhu.)
    «Bir olan Allaha həmd olsun! Özündən sonra Peyğəmbər olmayan kimsəyə (Muhəmmədə) salavat və salam olsun!»

    (Əuzu billəhi minəş-şeytanir-rəcim) deyib Kursi ayəsini bir dəfə oxumaq.
  2. (Allahu lə iləhə illə huvəl-həyyul-qəyyum. Lə tə'xuzuhu sinətun vələ nəum. Ləhu mə fis-səmavati və mə fil-ard. Mən zəlləzi yəşfə'u indəhu illə bi iznihi, yə'ləmu mə beynə əydihim və mə xalfəhum. Və lə yuhitunə bişeyin min ilmihi illə bimə şəə. Vəsia kursiyyuhus-səmavati vəl-ard. Və lə yəuduhu hifzuhumə, və huvəl-aliyyul-azim.)
    «Allah! Ondan başqa (ibadətə layiq olan) tanrı yoxdur, (əbədi) Yaşayandır, Qəyyumdur (kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır). Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər» O, onların (yaranmışların) önlərində və arxalarında olanı (nə olub, nə olur və nə olacağını) bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»


    əl-İxlas, əl-Fələq və ən-Nas surələrini üç dəfə oxumaq.
  3. (Qul huvəllahu əhəd. Allahus-saməd. Ləm yəlid vələm yuləd, vələm yəkul-ləhu kufuvən əhəd.)
    «De: «O Allah Təkdir! Allah (heç kəsə, heç nəyə) Möhtac deyildir (əksinə, hər bir məxluq Ona möhtacdır). O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!»

  4. (Qul əu'zu birabbil-fələq. Min şərri mə xaləq. Və min şərri ğasiqin izə vəqab. Və min şərrin-nəffasati fil uqəd. Və min şərri hasidin izə həsəd.)
    «De: «Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, çökməkdə olan zülmətin (gecənin)şərindən, düyünlərə yüngülvari tüpürən (cadugər) qadınların şərindən və paxıllıq edərkən paxılın şərindən!»
  5. (Qul əu'zu birabbin-nas. Məlikin-nas. İlahin-nas. Min şərril-vəsvasil-xənnas. Əlləzi yuvəsvisu fi sudurin-nas. Minəl-cinnəti vən-nas.)
    «De: «Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların Tanrısına! Vəsvəsə verənin,(Allahın adı çəkiləndə isə) geri çəkilənin (şeytanın) şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!»
  6. (Əsbəhnə və əsbəhəl-mulku lilləh, vəlhəmdulilləh. Lə iləhə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Rabbi əs'əlukə xeyrə mə fi həzəl-yəumi və xeyrə mə bə'dəhu, və əuzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bə'dəhu. Rabbi əuzu bikə minəl-kəsəli və suil-kibəri. Rabbi əuzu bikə min əzabin fin-nari və əzabin fil-qabr.)
    (Axşam isə: (Əsbəhnə və əsbəhəl-mulku lilləh) əvəzinə (Əmsəynə və əmsəl-mulku lilləh; (Rabbi əs'əlukə xeyrə mə fi həzəl-yəumi və xeyrə mə bə'dəhu, və əuzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bə'dəhu) əvəzinə (Rabbi əs'əlukə xeyrə mə fi həzihil-leylə və xeyrə mə bə'dəhə, və əuzu bikə min şərri mə fi həzihil-leylə və şərri mə bə'dəhə) deyilir.)
    «Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha həmd olsun! Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Ey Rəbbim! Səndən bu günün xeyrini və bundan sonrakı xeyri diləyirəm. Bu günün şərindən və bundan sonrakı şərdən Sənə sığınıram. Ey Rəbbim! Tənbəllikdən və pis qocalıqdan Sənə sığınıram. Ey Rəbbim! Cəhənnəmdəki əzabdan və qəbirdəki əzabdan Sənə sığınıram!»
  7. (Allahummə, bikə əsbəhnə, və bikə əmsəynə, və bikə nəhyə, və bikə nəmutu, və ileykən-nuşur.) Axşam isə belə deyilir: (Allahummə, bikə əmsəynə, və bikə əsbəhnə, və bikə nəhyə, və bikə nəmutu, və ileykəl-məsir.)
    «Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir!»
  8. (Allahummə, əntə rabbi lə iləhə illə əntə, xaləqtəni və ənə abdukə, və ənə alə ahdikə və və'dikə məs-tətə'tu, əuzu bikə min şərri mə sanə'tu. Əbu'u ləkə bini'mətikə aleyyə, və əbu'u bizənbi. Fəğfirli fə innəhu lə yəğfiruz-zunubə illə əntə.)
    «Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!»
  9. (Allahummə, əsbəhtu uşhidukə bə uşhidu həmələtə arşikə və məlaikətəkə və cəmia xalqikə ənnəkə əntəllahu lə iləhə illə əntə vəhdəkə lə şərikə ləkə və ənnə Muhəmmədən abdukə və rasulukə.) (Dörd dəfə)
    Axşam isə: (Allahummə inni əsbəhtu...) əvəzinə (Allahummə inni əmsəytu...) deyilir.
    «Allahım! Sənin Özündən başqa məbud olmayan, Tək və şəriksiz Allah olduğuna, Muhəmmədin Sənin qulun və rəsulun olduğuna Səni, Ərşini daşıyanları, mələklərini və bütün yaratdıqlarını şahid tutaraq səhərə çıxdım!»
  10. (Allahummə, mə əsbəhə bi min ni'mətin əu biəhədin min xalqikə fə minkə vəhdəkə lə şərikə ləkə fələkəl-həmdu və ləkəş-şukru.)
    Axşam isə: (Allahummə mə əsbəhə bi...) əvəzinə (Allahummə mə əmsə bi...) deyilir.
    «Allahım! Mənim və ya yaratdıqlarından hər birinin yanında səhərə çıxan hər nemət Səndəndir. Təksən, şərikin yoxdur. Həmd Sənədir, şükür Sənədir!»
  11. (Allahummə, afini fi bədəni. Allahummə, afini fi səm'i. Allahummə, afini fi bəsari. Lə iləhə illə ənt. Allahummə, inni əuzu bikə minəl-kufri vəl-fəqri, və əuzu bikə min əzabil-qabri, lə iləhə illə ənt.) (üç dəfə)
    «Allahım! Bədənimi sağlam et! Allahım! Qulağımı sağlam et! Allahım! Gözümü sağlam et! Səndən başqa məbud yoxdur. Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığınıram. Qəbir əzabından Sənə sığınıram. Səndən başqa məbud yoxdur!»
  12. (Həsbiyəllahu lə iləhə illə huvə aleyhi təvəkkəltu və huvə rabbul-arşil-azim.) (yeddi dəfə)
    «Allah mənə yetər! Ondan başqa məbud yoxdur. Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!»
  13. (Allahummə, inni əs'əlukə afvə vəl-afiyətə fid-dunya vəl-axirə. Allahummə, inni əs'əlukə afvə vəl-afiyətə fi diyni və dunyayə və əhli və mali. Allahumməstur aurati və amin rauati. Allahumməhfəzni min beynə yədeyyə və min xalfi və an yəmini və an şimali və min fəuqi və əuzu biazəmətikə ən uğtalə min təhti.)

    «Allahım! Dünyada və Axirətdə Səndən əfv və sağlamlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və sağlamlıq diləyirəm! Allahım! Eyiblərimi ört və qorxularımdan xatircəm et! Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru. Ayağımın altının qazılmasından Sənin əzəmətinə sığınıram!»
  14. (Allahummə, aliməl-ğeybi vəş-şəhadəti, fatirəs-səmavati vəl-ard. Rabbə kulli şeyin və məlikəhu. Əşhədu ən lə iləhə illə ənt. Əuzu bikə min şərri nəfsi və min şərriş-şeytani və şirkihi, və ən əqtərifə alə nəfsi suən əu əcurrəhu ilə muslim.)
    «Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və onun şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!»
  15. (Bismilləhil-ləzi lə yədurru məa ismihi şeyun fil-ardı və lə fis-səmai və huvəs-səmiul-alim.)(üç dəfə)
    «Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə heç bir şey yerdə və göydə zərər verə bilməz. O, Eşidəndir, Biləndir!»
  16. (Raditu billəhi rabbən, və bil-islami dinən, və bi Muhəmmədin nəbiyyən) (üç dəfə)
    «Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razıyam!»
  17. (Ya həyyu, ya qəyyum! Birahmətikə əstəğisu, əslih li şə'ni kulləhu və lə təkilni ilə nəfsi tarfətə ayn.)
    «Ey Yaşayan, ey Qəyyum! Mərhəmətinlə kömək diləyirəm. Bütün işlərimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!»
  18. (Əsbəhnə və əsbəhəl-mulku lilləhi rabbil aləmin. Allahummə, inni əs'əlukə xeyrə həzəl-yəumi: fəthəhu və nəsrəhu və nurəhu və bərəkətəhu və hudahu və əuzu bikə min şərri mə fihi və min şərri mə bə'dəhu.)
    «Səhərə çıxdıq, hökm də aləmlərin Rəbbi Allahın olaraq səhərə çıxdı. Allahım! Səndən bu günün xeyrini « qələbəsini, zəfərini, nurunu, bərəkətini və hidayətini diləyirəm. Ondakı şərdən və ondan sonrakı şərdən Sənə sığınıram!»
  19. (Əsbəhnə alə fitratil-islami, və alə kəlimətil-ixlasi, və alə dini nəbiyyinə Muhəmmədin və alə milləti əbinə İbrahimə hənifən muslimən və mə kənə minəl-muşrikin.) Axşam isə: (Əsbəhnə alə fitrətil-islami...) əvəzinə (Əmsəynə alə fitrətil-islami...) deyilir.
    «İslam fitrətində, ixlas kəlməsində, Peyğəmbərimiz Muhəmmədin dinində, hənif (ixlasla Allaha ibadət edən), müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin millətində olaraq səhərə çıxdıq!»
  20. (Subhanəllahi və bihəmdihi.) (yüz dəfə)
    «Allah pak və müqəddəsdir! Allaha həmd olsun!»
  21. (Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir!) (on dəfə) yaxud (tənbəllik üz verdikdə bir dəfə)
    «Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!»
  22. (Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir!) (səhər yüz dəfə)
    «Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!»
  23. (Subhənəllahi və bihəmdihi, adədə xalqihi, və rida nəfsihi, və zinətə arşihi, və midadə kəlimətihi.) (səhər üç dəfə)
    «Yaratdıqlarının sayı, Özündən razı olduğu, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik!»
  24. (Allahummə, inni əs'əlukə ilmən nafiən və rizqan tayyibən və əmələn mutəqabbilən.) (hər səhər)
    «Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!»

  25. (Əstəğfirullahə və ətubu ileyh.) (gün ərzində yüz dəfə)
    «Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!»
  26. (Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq.) (axşam üç dəfə)
    «Yaratdıqlarının şərindən Allahın tam kəlmələrinə sığınıram!»
  27. (Allahummə, salli və səllim alə nəbiyyinə Muhəmməd!) (on dəfə)

«Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!»

Комментариев нет:

Отправить комментарий