воскресенье, 29 июня 2014 г.

Namazdan sonrakı zikrlər:

  1. (Əstəğfirullah (üç dəfə)! Allahummə Əntəs-səlam və minkəs-səlam təbarəktə ya zəl-cəlali vəl-ikram.)
    «Allahdan bağışlanma diləyirəm!» «Allahım! Salam Sənsən və əmin-amanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan».
  2. (Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Allahummə, lə maniə limə ə'taytə və lə mu'tiyə limə mənə'tə və lə yənfəu zəl-cəddi minkəl-cəddi.)
    «Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz».
  3. (Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Lə həulə və lə quvvətə illə billəh. Lə iləhə illəllahu, və lə nə'budu illə iyyah. Ləhun-ni'mətu və ləhul-fədlu və ləhus-sənaul-həsənu. Lə iləhə illəllahu muxlisinə ləhud-dinə və ləu kərihəl-kafirun.)
    «Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allaha aiddir! Allahdan başqa məbud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!»
  4. (Subhanəllahi, vəlhəmdulilləhi, vəllahu əkbər (otuz üç dəfə)! Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir.)
    «Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allah Böyükdür!» «Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!»

    Hər (vacib) namazdan sonra: «De: «O Allah Təkdir!», «De: «Sığınıram sübhün Rəbbinə!», «De: «Sığınıram insanların Rəbbinə!» (əl-İxlas, əl-Fələq və ən-Nas surələrini bir dəfə) oxumaq.
  5. (Qul huvəllahu əhəd. Allahus-saməd. Ləm yəlid vələm yuləd, vələm yəkul-ləhu kufuvən əhəd.)
    «De: «O Allah Təkdir! Allah (heç kəsə, heç nəyə) Möhtac deyildir (əksinə, hər bir məxluq Ona möhtacdır). O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!»
  6. (Qul əu'zu birabbil-fələq. Min şərri mə xaləq. Və min şərri ğasiqin izə vəqab. Və min şərrin-nəffasati fil uqəd. Və min şərri hasidin izə həsəd.)
    «De: «Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, çökməkdə olan zülmətin (gecənin)şərindən, düyünlərə yüngülvari tüpürən (cadugər) qadınların şərindən və paxıllıq edərkən paxılın şərindən!»
  7. (Qul əu'zu birabbin-nas. Məlikin-nas. İlahin-nas. Min şərril-vəsvasil-xənnas. Əlləzi yuvəsvisu fi sudurin-nas. Minəl-cinnəti vən-nas.)
    «De: «Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların Tanrısına! Vəsvəsə verənin,(Allahın adı çəkiləndə isə) geri çəkilənin (şeytanın) şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!»

    Hər (vacib) namazdan sonra Kursi ayəsini (əl-Bəqərə, 255) oxumaq.
  8. (Allahu lə iləhə illə huvəl-həyyul-qəyyum. Lə tə'xuzuhu sinətun vələ nəum. Ləhu mə fis-səmavati və mə fil-ard. Mən zəlləzi yəşfə'u indəhu illə bi iznihi, yə'ləmu mə beynə əydihim və mə xalfəhum. Və lə yuhitunə bişeyin min ilmihi illə bimə şəə. Vəsia kursiyyuhus-səmavati vəl-ard. Və lə yəuduhu hifzuhumə, və huvəl-aliyyul-azim.)
    «Allah! Ondan başqa (ibadətə layiq olan) tanrı yoxdur, (əbədi) Yaşayandır, Qəyyumdur (kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır). Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər» O, onların (yaranmışların) önlərində və arxalarında olanı (nə olub, nə olur və nə olacağını) bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»

  9. (Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu, yuhyi və yumitu və huvə alə kulli şeyin qadir.)
    «Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür. O hər şeyə Qadirdir!» Bu zikri məğrib və sübh namazlarından sonra on dəfə oxumaq müstəhəbdir.
  10. (Allahummə, inni əs'əlukə ilmən nafiən və rizqan tayyibən və əmələn mutəqabbələn.)

«Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!» Bu dua sübh namazının salamından sonra oxunur.

Комментариев нет:

Отправить комментарий