воскресенье, 22 июня 2014 г.

Imam Zaman(ə)-ın zühurunun tez olması üçün oxunulan duaların qaydası

Imam Zaman(ə)-ın zühurunun tez olması üçün oxunulan duaların qaydası




Seyyid Muhəmməd Təqi Musəvi İsfahani “Mikyalul Məkarim” kitabında İmam Zaman(ə)-ın zühurunun tez olması üçün müxtəlif dua yolları (qaydaları) qeyd etmişdir. Bu qaydaların çox olmasına baxmayaraq, böyük əhəmiyyətə malik olduqlarına görə onların hamısını burada qeyd edirik.
1) Hər hansı dildə olursa-olsun, açıq-aşkar İmamın (ə) zühuru Allahdan istənilsin. Məsələn, belə deyilsin:

“Əllahümmə əccil fərəcə məvlana Sahibiz-zaman(ə)”.
Yəni: “İlahi, imamımız Həzrət Sahib əz-Zaman(ə)-ın zuhurunda təcil et”.

Yaxud belə deyilsin.

Əccələllahu təala fərəcəhu və zuhurəhu” .
Yəni, “Allah onun zühurunda təcil etsin”.
2) Allahdan Ali-Mühəmmədin (s) zühuru istənilsin. Hədislərdən istifadə edilir ki, İmam Zaman (ə)-ın zühuru elə Ali Muhəmməd (s)-in zühurudur.
3) Allahdan bütün möminlərin, övliyaların işlərinin həlli istənilsin. Çünki İmam(ə)-ın ilə onların bütün işləri sahmana düşəcək.
4) İmam Zaman (ə)-ın zühuru üçün dua edən şəxsin duası üçün “amin” deyilsin. Bu sözün özü də bir növ duadır. Bundan əlavə dua edənlə “amin” deyən ikisi də duada şərikdirlər.
5) İmam Zaman (ə)-ın zühuru üçün olunan duaların müstəcəb olması Allahdan istənilsin. Bunun dördüncü bəndlə fərqi budur ki, dördüncü bənddə “amin” deyən dua edənin yanında olur, burada isə yanımızda olmayanlar barədə də dua edirik.
6) Zühurun müqəddimələri və zühurla istəniləcək şeylər Allahdan istənilsin.
7) Zühurun qarşısını alan maneələrin dəf olması Allahdan istənilsin.
8) İmamın (ə) zühurunu təxirə salan günahların bağışlanması Allahdan istənilsin.
9) İmamın (ə) zühurunu təxirə salan günahların olunmaması Allahdan istənilsin.
10) Zühurun təxirə düşməsinə bais olan düşmənlərin məhv olması Allahdan istənilsin.
11) Zalımların əlinin möminlərin başı üstündən çəkilməsi Allahdan istənilsin.
12) Yer üzünün şərq-qərbində ədalətin bərpa edilməsi Allahdan istənilsin. Bu iş yalnız İmamın (ə) əli ilə həyata keçə bilər. Necə ki, Allah, peyğəmbərlər və övliyalar bunu vədə etmişlər.
13) Rifah və xoşgüzəranlıq Allahdan istənilsin. Bundan da məqsəd İmamın (ə) zühuru olsun. Möminlər üçün bu dünyada tam rifah yalnız İmamın (ə) gəlişi ilə hasil olar.
14) Allahdan ibadətlərin əcrinin İmamın (ə) zühuru ilə uyğun gəlməsi və İmamın (ə) razılığı istənilsin.
15) Allahdan möminlərin İmamın (ə) zühuru haqqında dua etməsi istənilsin. Çünkü bütün möminlərin bu barədə dua etməsinin xüsusi təsiri var.
16) Allahdan İslam dininin və möminlərin btün din, məzhəb və firqələrə qalib gəlməsi istənilsin. Çünki bu iş Allahın verdiyi vədə əsasən yalnız İmamın (ə) zühuru ilə həyata keçə bilər.
17) Allahdan düşmənlərdən Əhli-beytin intiqamını alınması istənlsin. Rəvayətlərdə gəlmişdir ki, bu işin öhdəsindən yalnız İmam Zaman (ə) gələcək.
18) İmama salam göndərilsin. Salamdan məqsəd isə Allahın xüsusi salamı və həmin salamla zühuru tez baş verməsi olsun.
Bu bənddə İmam Zaman (ə) və əcdadlarına göndərilən salamdan istifadə olunur. “Kamiluz-ziyarat” kitabında İmam Rza (ə)-ın ziyarəti bölümündə İmamların (ə) hər birinə ayrılıqda salam göndərilib. İmam Zaman (ə)-a növbə çatdıqda deyilir:
“Əllahummə səlli alə huccətikə və vəliyyikəl qaimi fi xəlqikə səlatən tammətən namiyətən baqiyətən tuəccəlu biha fərəcəhu və tənsuruhu biha...”
Yəni: “İlahi! Bəndələrin arasında qiyam etmiş (qiyam edəcək) xəlifə və hüccətinə tam, çoxlu və ardı kəsilməyən salam göndər. Həmin salamla onun zühurunda təcil və onu qalib et”.
19) İmamın (ə) üzündən, qəlbindən qəm-qüssə, kədərin çəkilməsi istənilsin. Bu iş də yalnız İmamın (ə) zühuru ilə hasil olar.
20) Allahdan İmam Hüseyn (ə)-ın intiqamının tezliklə alınması istənilsin. Bunun mənası elə İmamın (ə) zühurunu istəməkdir. Çünkü İmamın (ə) qatillərindən intiqamı o həzrət (ə) alacaqdır.

Комментариев нет:

Отправить комментарий