воскресенье, 22 июня 2014 г.

Səninlə görüşə gəlmişəm Allah

Yığıb ətəyimə günahlarımı,
Alıb əllərimə ahu-zarımı,
Sərib yollarına arzularımı
Rəhminə sığınıb gəlmişəm,Allah.
Səninlə görüşə gəlmişəm Allah.

Behiştin tək arzum,tək diləyimdi,
Ibadət qəlbimdə tək təsəllimdi,
Peyğəmbər sevdası tək zəfərimdi,
Aşiqəm məşuqa gəlmişəm Allah.
Səninlə görüşə gəlmişəm Allah.

Kitabın baş tacım,Rəsulun nurum,
Fatimən xəyalım,Huseynin yolum,
Əhli-beyt qərarım,eşqidir sonum
Məhkumam hökmümə gəlmişəm Allah
Səninlə görüşə gəlmişəm Allah.

Xəyal dənizimin sən sultanısan,
Dostumsan,arxamsan,sən sirdaşımsan,
Rəbbimsən,haqqımsan,sən Allahımsan
Əmanət canımla gəlmişəm Allah.
Səninlə görüşə gəlmişəm Allah.

Комментариев нет:

Отправить комментарий