понедельник, 9 марта 2015 г.

“QIRX” KƏLMƏSİ HAQQINDA QIRX İNCƏLİK


1. “QIRX” KƏLMƏSİ HAQQINDA QIRX İNCƏLİK

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qırx gün müddətində əməllərini ixlasla yerinə yetirsə, elm və hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.”)N$O@O#$R%F^N&O(T*E!     11)N$O@O#$R%E^F&N(O*T!     1
2-İmam Baqir (ə) buyurmuşdur: “İnsan qırx gün müddətində imanını Allah üçün xalis etsə, Allah-taala onu dünyaya qarşı rəğbətsiz (zahid) edər, dünyanın dərdini və dərmanını ona tanıtdırar, daha sonra hikməti onun qəlbində möhkəmləndirib, dilini hikmət ilə danışığa gətirər.”)N$O@O#$R%F^N&O(T*E!     22)N$O@O#$R%E^F&N(O*T!     2
3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: “Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz.”)N$O@O#$R%F^N&O(T*E!     33)N$O@O#$R%E^F&N(O*T!     3
4-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs mömin qardaşlarından qırx nəfəri dua etdikdən sonra özünü dua etsə, onun hər iki duası qəbul olunar.”)N$O@O#$R%F^N&O(T*E!     44)N$O@O#$R%E^F&N(O*T!     4
5-İmam Sadiq (ə) buyurmuşdur: “Bir mömin şəxs dünyasını dəyişdikdə, qırx nəfər mömin şəxs dəfn mərasimində iştirak edib, onun mömin olduğuna şəhadət versələr, Allah-taala onu bağışlayar.”)N$O@O#$R%F^N&O(T*E!     55)N$O@O#$R%E^F&N(O*T!     5
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir şəxsin biz Əhli-beytə məhəbbət barədə yaydığı qırx hədis, onun sədəqə verdiyi qırx min dinardan (qızıl puldan) üstündür. Allah-taala ona hər bir hədis üçün bir peyğəmbərin savabını, hədisin hər bir hərfi üçün isə qiyamət günü bir nur verər.”)N$O@O#$R%F^N&O(T*E!     66)N$O@O#$R%E^F&N(O*T!     6
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ümmətimdən hər kəs camaatın istifadə etməsi üçün qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günü fəqih və alim halında gətirər.”)N$O@O#$R%F^N&O(T*E!     77)N$O@O#$R%E^F&N(O*T!     7
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a vəsiyyət edərək buyurmuşdur: “Ya Əli! Ümmətimdən hər kəs Allahın razılığını və axirət aləminin savabını qazanmaq məqsədilə qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günündə peyğəmbərlər, övliyalar, şəhidlər və layiqli şəxslərlə birgə məhşur edər.”8
9-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs halal və haram (işlər) barəsində bizim hədislərimizdən qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günü onu fəqih və alim halında gətirər və ona əzab verməz.”)N$O@O#$R%F^N&O(T*E!     99)N$O@O#$R%E^F&N(O*T!     9
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimdən hər kəs sünnədən qırx hədis əzbərləyərsə, qiyamət günü ona şəfaət edərəm.”)N$O@O#$R%F^N&O(T*E!    1010)N$O@O#$R%E^F&N(O*T!    10
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Vəfatından sonra qırx hədisi (başqalarının istifadə etməsi üçün yazılı şəkildə) qoyub gedən şəxs, cənnətdə mənim dostum olacaqdır.”)N$O@O#$R%F^N&O(T*E!    1111)N$O@O#$R%E^F&N(O*T!    11
12-İmam Sadiq (ə) buyurmuşdur: “Şiələrimizdən hər kəs qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günündə onu fəqih və alim halında gətirər və ona əzab verməz.”)N$O@O#$R%F^N&O(T*E!    1212)N$O@O#$R%E^F&N(O*T!    12
13-Asiman imam Hüseyn (ə)-ın matəmində qırx gün ağlamışdır.
14-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs qırx gün “Əhd” duasını oxusa, imam Zamanın əsgərlərindən olar. Əgər o həzrət zühur etməmişdən öncə ölsə, Allah-taala onu o həzrətə xidmət etmək üçün qəbirdən qaldırar.”



15-İmam Kazim (ə) buyurmuşdur: “Qırx dəfə həcc əməllərini yerinə yetirən şəxsə (qiyamətdə): “İstədiyin şəxsə şəfaət et!” - deyilər.”)N$O@O#$R%F^N&O(T*E!    1313)N$O@O#$R%E^F&N(O*T!    13
16-İmam Baqir (ə) buyurmuşdur: “Allah-taala Fironun dediyi iki cümləyə görə onu qırx il möhlət verdikdən sonra cəzalandırdı: 1-Firon dedi: “Sizin ən uca tanrınız mənəm!” 2-“Mən sizin üçün özümdən başqa heç bir tanrı tanımıram!”)N$O@O#$R%F^N&O(T*E!    1414)N$O@O#$R%E^F&N(O*T!    14
17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs ardıcıl olaraq qırx cümə günü cümə quslu versə, bədəni qəbirdə çürüməz.”
18-Ana övladının Quran hafizi olması üçün hamiləlik dövründə “Camiə” ziyarətini və ya “Ali-Yasin” duasını qırx dəfə oxusun.
19-Övladınızın Quran hafizi olmasını istəyirsinizsə, hamiləlik dövründə qırx dəfə gecə namazı qılın.
20-Övladınızın Quran hafizi olmasını istəyirsinizsə, hamiləlik dövründə qırx dəfə cümə quslu verib, “Kisa” hədisini oxuyun.
21-Övladınızın Quran hafizi olması üçün hamiləlik dövründə hər gün qırx dəfə salavat göndərin.

Haşiyələr:
        “Səfinətul-bihar”, 2-ci cild, səh. 667.
        “Üsuli-kafi”, 3-cü cild, səh. 27.
        “Xisal”, 2-ci cild, səh. 311.
        Yenə orada, səh. 315.
        Yenə orada, səh. 317.
        “Camiul-əhadis”, səh. 58.
        “Üyuni əxbarir-Riza”, 31-ci bölüm, səh. 37, hədis: 99.
        “Xisal”, 2-ci cild, səh. 323.
        Yenə də orada “Ərbəin” bölümü səh. 542
        Yenə orada.
        “Kənzül-ümmal”, 1-ci cild, səh. səh. 226.
        “Biharul-ənvar”, 2-ci cild, səh. 153.
        “Xisal”, 2-ci cild. səh. 330.
        Yenə orada, səh. 318.



Комментариев нет:

Отправить комментарий