вторник, 31 марта 2015 г.

ÖZÜNÜTANIMA VƏ NƏFSİ SAFLAŞDIRMA

İnsanın yalnız bir həqiqəti var.
Lakin o müxtəlif cəhətlərə və yönlərə malikdir. İnsanın vücudu idraksız və şüursuz torpaq maddəsindən başlanır, mələkuti mücərrəd bir cövhərlə sona çatır. Allah-təala Qurani-Kərimdə buyurur:  “O Allah ki, hər bir şeyi yaxşı yaratdı, Özü də insanın yaradılışını torpaqdan başladı. Sonra onun nəslini dəyərsiz suyun xülasəsindən (nütfədən) qərar verdi. Sonra onu gözəl və mötədil bir halda bəzədi, Özünün (mücərrəd və Ona mənsub olan dəyərli) ruhundan ona üfürdü, sizin üçün qulaq, göz və qəlb qərar verdi. Yenə də siz Allahı çox az zikr edirsiniz!” )N$O@O#$R%F^N&O(T*E!    1010)N$O@O#$R%E^F&N(O*T!    10
İnsanın vücud baxımından müxtəlif dərəcə, cəhət və mərtəbələri vardır. O, bir tərəfdən təbii bir cisimdir və onun xassələrinə (təsirlərinə) malikdir. Digər tərəfdən inkişaf etməkdə olan cism olub onun xassələrini daşıyır. Həm də (canlı) olub canlıların xassələrinə malikdir və nəhayət o, bir insandır və onun da heyvanlarda mövcud olmayan müəyyən əlamət və xassələri vardır.
Deməli, insan bir həqiqətdən ibarətdir. Lakin onun vücud baxımından müxtəlif dərəcə və mərtəbələri vardır. Belə ki, insan “mənim çəkim və formam”, “mənim yeməyim, inkişafım” dedikdə cismin inkişafda olan mərtəbəsindən xəbər verir. “Mənim hərəkət, şəhvət və qəzəbim” dedikdə öz heyvani mərtəbəsindən xəbər verir. “Mənim əqlim, düşüncəm və təfəkkürüm” dedikdə isə özünün ali-insani mərtəbəsini bəyan edir. Beləliklə, insanın müxtəlif “mən” və “öz” ləri vardır: cismani “öz”, nəbati “öz”, heyvani və insani “öz”. Dəyər və əsalət insani “öz” ə məxsusdur. İnsanı insan edən, onu sair canlılardan üstün edən də məhz onun mələkuti, mücərrəd və Allah tərəfindən verilən ruhudur.

Hikmətli Allah Qurani-Kərimdə insanın yaradılışını belə vəsf edir:  “Biz insanı palçığın xülasəsindən yaratdıq, sonra onu nütfə halına salaraq möhkəm bir yerdə (atanın sülbündə və ananın bətnində) qərar verdik. Sonra nütfəni laxtalanmış qan, laxtalanmış qanı çeynənmiş ət halına saldıq. O əti sümüyə döndərdik, sonra həmin sümükləri ətlə örtdük. Daha sonra təzədən (mələkuti, mücərrəd ruh verməklə) digər bir xilqət inşa etdik. Yaradanların ən üstünü olan Allahın kamil qüdrətinə
Haşiyələr:
   “Mu”minun” surəsi, 12-14-cü ayələr


Səhifə sayı: 5
afərin!” 11
Məhz insanın yaradılışı barəsində Allah-təala buyurur: “Təbarəkəllahu əhsənul-xaliqin.” Məhz bu mələkuti ruh səbəbi ilə insan elə bir yüksək məqama çatır ki, Allah mələklərə ona səcdə etmək əmrini verib buyurur:  “Adəmi yaradıb (Özümə mənsub olan) ruhdan ona üfürdükdə, siz ona tərəf səcdə edin!” 12


İnsan Allah tərəfindən ehtirama layiq görülür və onun barəsində  “Biz Adəm övladlarını əzizlədik, onları quruluqların və dəryaların miniyinə mindirdik, hər bir ləzzətli və pakizə yeməklərdən onlara ruzi verdik və onu məxluqatın çoxundan üstün etdik.” )N$O@O#$R%F^N&O(T*E!    1313)N$O@O#$R%E^F&N(O*T!    13 Bu yüksək məqam da məhz onun mələkuti ruhuna görədir.
Deməli, insan öz nəfsini saflaşdırmaq və həqiqi insan olmaq istəyirsə, onda heyvani və cismani “öz” ünü yox, insani “öz” ünü pərvəriş etməlidir. Peyğəmbərlərin hədəfi də bu olmuşdur ki, insana onun insani yönünün qurulmasında və inkişaf etdirilməsində kömək etsin. Peyğəmbərlər insanlara buyurmuşlar ki, özünüzün insani “özünü” unutmayın, əgər insani özlüyünüzü heyvani istəklərinizə qurban versəniz, sizə çox böyük bir ziyan üz verəcəkdir.
Quranda buyurulur:  “Ey Peyğəmbər, onlara de: “Ziyankar o kəslərdir ki, nəfslərini (insani nəfslərini) və öz əhli-əyalını qiyamətdə əldən vermiş olsunlar və aşkar ziyankarlıq da məhz budur.”” )N$O@O#$R%F^N&O(T*E!    1414)N$O@O#$R%E^F&N(O*T!    14
Heyvani həyatdan başqa bir şey düşünməyənlər həqiqətdə öz insani şəxsiyyətlərini itirmişlər və onu axtarmaq fikrində deyillər.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurub:  “O kəsə təəccüb edirəm ki, itirdiyi şeyi axtarmaq üçün çalışır, halbuki özünün (insani) nəfsini itirmişdir və onu axtarmaq fikrində deyildir.” )N$O@O#$R%F^N&O(T*E!    1515)N$O@O#$R%E^F&N(O*T!    15
Bundan da pis və dərdli ziyan ola bilməz ki, insan dünyada özünün həqiqi və insani şəxsiyyətini uduzub əldən versin. Belə şəxslər üçün heyvanlıqdan başqa bir şey qalmayacaqdır.

Haşiyələr:
   “Möminun” surəsi, ayə 12-14
   “Hicr” surəsi, ayə:29
   “İsra” surəsi ayə:70
   “Zumər” surəsi, ayə:15
   “Ğürərul-hikəm”, səh.495


Комментариев нет:

Отправить комментарий