воскресенье, 2 февраля 2014 г.

İkitərəfli eşq.

ALLAHa eşq bəsləmək birtərəfli olmaz. Əgər onu sevsən, əmin ol ki, ALLAH səni, səndən də çox istəyəcəkdir. Quranda da bu məsələyə işarə edilmişdir. Bütün eşqlərin qapısıALLAHa olan sonsuz eşqlə açılar. O da bu eşqi ali formada bəndəsinə qaytarar.
Varlıq, eşq və məhəbbət.
Varlıq aləmində eşqin və məhəbbətin yeri əvəzsizdir. Bütün aləmi öz təsiri altına salmışdır. Ona görə də ALLAH İslam dinini məhəbbət üzərində qurmuşdur. Çünki ancaq məhəbbətlə qəlbləri fəth etmək olar. Necə ki, İmam Əli (ə) buyurur: 
“Bu İslam - ALLAHın dinidir. Özünün ən yaxşı xəlq olmuşlarını bu dinə aid etdi. Bünövrəsini dostluqla möhkəmləndirdi”.
ALLAH Təala bizlərə bu eşqdən daddırsın, inşəALLAH.

Комментариев нет:

Отправить комментарий