воскресенье, 9 февраля 2014 г.

DƏLİL


Dini sözlərin mənaları...

Ayə- Qurani Kərimdən cümlələr.

Batil- Haqdan uzaq, doğru olmayan, boş və yalnış olan.

Biət- İmama və ya əmirə bağlılıq sədaqət məqsədi ilə verilən söz.

Cahil- Elimsiz, savadsız, Allahı doğru yanımayan.

Cəza- Əvəz (həm yaxşı, həmdə pis şey üçün əvəz).

Din- İllahla insan arasında olan bir inanc və əməllər toplusu.

Ehsan- İmanın ən yüksək mərtəbəsi. Yaxşılıq etmək. Bağışlamaq, hədiyyə etmək.

Əhli-Beyt- Rəsullahın ailəsi.

Əhli- Kitab- Kitab verilmiş ümmət. Allahdan vəhiy alan ümmətlər( Quranda yahudilə, xristianlar üçün bu ifadədən istifadə olunur, bizdə onlardan sonra əhli-kitabıq).

Əsmaul Hüsna- Allahın gözəl adları.

Fuhuş- Çirkinlik, utanmazlıq, zina, ədəb və tərbiyəyə uymayan.

Qiyam- Ayağa qalxmaq, bir şeyi ayağa qaldırmaq. Zülmə və küfrə qarşı baş qaldırmaq. Namazda ayaq üstə durmaq.

Qiybət- Bir insanın söhbət edilən yerdə olmadığı halda onun haqda danışılan xoşlanamayacağı bir söz, hətta doğru olsa belə.

Hədis- Hz. Peyğəmbərin söz və davranışları haqqında səhih mənbələrə istinad edilən məlumat.

İbadət- İnsanın özündən yüksəkdə olan illaha boyun əyməsi. Onun əmirlərinə tabe olmaq. Allaha tam mənada təslim olmaq. Onun razı qaldığı halda əmirlərini yerinə yetirmək.

İblis- Allaha asi olan, oddan yaradılan məxluq, bütün şeytanların rəhbəri.

İchad- Çalışmaq, əzim göstərmək. Ayə və hədislərdən faydalanaraq höküm çıxarmaq, bir hədisə və ayə haqqında qərar vermək üçün Quran və Sünnətdən xəbərdar olmaq.

Kafir- Haqdan xəbəri olduğu halda inkar edən şəxs.

Sünnət- Peyğəmbərin söz və davranışları. İslamın elm mənbəsi kimi Qurandan söykəndiyi ikinci vacib dayaq.

Şirk- Allaha və Allahın hökümlərinə hər hansısa bir şəkildə ortaq qoşmaq, şərik qoşmaq.

Zikir- Allahı yad etmək, xatırlamaq, tərifləmək. Namaz, öyüd, düşünmək.

Zülüm- Bir şeyi yerindın etmək, haqsızlıq, incitmək. Ədalətin ziddi. Həddi çəkmək.

Комментариев нет:

Отправить комментарий