воскресенье, 2 февраля 2014 г.

Hz Fatimə (s) yaxından tanıyaq



Adı: Fatimə (ə).

Atası: Muhəmməd Rəsulullah (s).

Anası: Xədiceyi-Kubra Ummul-möminin (salamullahi əleyha).

Babası: Abdullah.

Nənəsi: Aminə.

Viladəti: Besətin beşinci ili (Hicrətdən səkkiz il əvvəl). Cəmadiüs-sani 20.

Doğulduğu yer: Müqəddəs Məkkə şəhəri.

Həyat yoldaşı: Möminlərin əmiri Əli İbn Əbu Talib (ə).

Övladları: 5, (3 oğlan, 2qız).

Oğlanları:

1.Cənnəat cavanlarının ağası, 2-ci imam Həsən ibn Əli (ə).

2.Şəhidlər ağası, Cənnət cavanlarının ağası, 3-cü imam Hüseyn ibn Əli (ə).

3.Ana bətnində mənfur düşmənin hücumu nəticəsində sitq (tələf) olan Möhsin (ə).

Qızları:

1.Zeynəb Kubra (ə).

2.Ummu Gülsüm (ə).

Künyələri: Ummul-əimmətil-əthar, Ummul-Həsən, Ummul-Hüseyn, Ummul-möminin, Ummul- fəzail, Səyyidətu-nisail-aləmin, Xəyrun-nisa, Ummul-xiyərə, Ummun-nücəba, Ummul-əzhar.

Ləqəbi: Zəhra, Bətul, Əzra, Mühəddisə, Siddiqə, Zəkiyyə, Mərziyyə, Səmaviyyə, Nucumiyyə. və s.

Şəhadəti: 
Ömrünün 18-ci baharında.11-ci hicri ili, cəmadiüs-sani ayının 3.


Şəhadətinin səbəbi: Yaşadığı illər ərzində atası Rəsulullahın (s) xidmətində durmuş, əlindən gələni İslam dini üçün əsirgəməmişdir.

Əziz atasının vəfatından sonra başına gətirilən amansız müsibətlər səbəbindən dünyasını dəyişmişdir.

Ömrü:18 il.

Dəfn olunduğu yer: Müqəddəs Mədinə şəhəri.

Üzüyünün yazısı: “Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir).

Комментариев нет:

Отправить комментарий