четверг, 28 мая 2015 г.

dini faydalari

Qoca çoban sürüsünü otarmaq ücün yaylaga cixanda təpənin yanindaki alma agacinin
altinda dincələrdi.Hər gün agacdan alma payini istəyər,bir az kecmis agacdan gözəl bir alma düsərdi.Coban sədəf dəstəkli bicagi ilə almani dilimleyib yeyər,sonra da babasindan qalan Quranini oxumaga baslayardi.Coban bu agaci 20 il əvvəl əkmisdi.O,böyuk guyumdəki su ilə dəstəmaz alar,sonra da qalan su ilə agacini sulayardi.Agacin kökləri bəlkə də bu sulardan güc almis, qisa bir vaxtda bar verməyə baslamisdi.Coban o vaxtlar gənc idi .Əlini uzadan kimi istədiyi almani dərirdi.Ancaq aradan illər kecmis ,cobanin beli bükülmüsdü.Agac isə boy atib ucalmisdi... Coban onu balasi kimi əzizləyərdi.Hər dəfə agaci oxsayar,”Göndər bugünkü qismətimi”,-deyərdi.Agacdan bir alma duserdi.... Kəndlilər uzaqdan bu mənzərəni görub heyrət edər,qoca cobanin kəramət sahibi oldugunu söyləyərdilər.Bir gun yenə coban namazini qilib bir az dincələndən sonra almasini istədi.Ancaq budaqlar dolu olsa da alma düsmədi .Coban bir də dilləndi.Yenə alma düsmədi.Bir də.... Cobanin gözləri yasardi.Göz yaslari ag saqqalini islada-islada agacin altindan uzaqlasdi.Agac ilk dəfə idi ki,onun sözünü “esitmirdi”.Yasli Cobanin beli həmisəkindən daha cox bukulmusdu.Ayaqlarinda taqət qalmamisdi.Qoyunlarini yigib kəndə tərəf gedəndə məscidin minarələrindən qalxan əzan səsi sanki onu yuxudan oyatdi.Coban elə bil təzədən dogulmusdu.Usaq kimi sevinirdi... Tez agacin yanina qacdi və ona sarilib aglaya-aglaya “Canim-Gözüm, sən bu qoca cobani bagisla .Axi niyə əvvəlcədən demədin ki, bu gun Ramazanin ilk günü oldugunu?”...

Комментариев нет:

Отправить комментарий