воскресенье, 24 мая 2015 г.

Allah Muhəmməd Ya Əli

Bir iş görəndə, səfərə çıxanda Hz. Məhəmmədi (s) və ya İmam Əlini çağırmaq olarmı? Kimisə çağırmağa Qurani-kərim necə münasibəti bildirir?


Qurani-kərimdə “Cin” surəsinin 18-ci ayəsində deyilir: “Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsı çağırmayın!”

Yaxud “Yunus” surəsinin 106-cı ayəsində deyilir: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən bir kəsi çağırma!”

Ərəb dilində dua çağırmaq, ibadət isə sitayiş mənasına gəlir. Heç vaxt bu iki söz sinonim kimi qəbul eidlməməlidir. Yəni hər çağırış ibadət və sitayiş deyil. Ona görə ki, Qurani-kərimdə dua bezən elə hallarda işlənilib ki, orada heç vaxt ibadət mənasını nəzərdə tutmaq olmaz: “O (Nuh) dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) dəvət etdim! Lakin dəvətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.” Burda dua sözünü ibadət mənasında qəbul etsək, ““Ey Rəbbim! Mən qövmümü gecə-gündüz ibadət etdim!” kimi tərcümə edilməlidir. Halbu ki, bu kökündən yanılışdır.

İkincisi isə bu ayələr bütpərəstlər barədə nazil olbub. Onlar bütləri kiçik Allahlar hesab edirdilər. Onları dünya və axirət işlərində müstəqil olaraq dəxalət edə bilmələrinə inanırdılar. Onların belə bir əqidədə olmasını Qurani-kərim də təsdiq edir: “Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi” (“Hud”, 101.)

Amma bü keyfiyyətlərə malik olmayan, əksinə hərmətli bir bəndəni, məsələn, peyğəmbəri və ya imamı köməyə çağırmağın heç bir yanlış cəhəti yoxdur. Bunu Qurani-kərim də təsdiq edir. Qurani-kərimdə deyilir: “Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər”. (“Nisa”, 64.)

Göründüyü kimi, ayədə Allah-taala (c.c.) öz peyğəmbərini bir vasitə kimi göstərir. Əgər kimisə vasitə tutmaq şirk olsaydı, Allah heç avxt belə bir işə əmr etməzdi.

Yaxud Yaqubun (ə) övladları ona deyir: “ “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!” (“Yusif”, 97-98.)

Bu ayədə Yaqubun (ə) övladları atalarını özləri və Allah arasında vasitə seçirlər. Buna Yaqub (ə) da etiraz etmir, əksinə Rəbbindən bağışlanmalarını diləyəcəyini bəyan edir. Həmçinin Allah da onların bu işinə etiraz etmir.

Qeyb elmi yalnız Allaha məxsusdur?

Qurani-kərimə əsasən, qeybi yalnız Allah və bir dəOnun icazə evrdiyi şəxslər bilir: “Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa!” (“Cinn”, 26-27.)

“Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər).” (“Ali-İmran”, 179.)

Peyğəmbərlərin qeybdən xəbər verməsindən faktlar

Yaqub (ə)

“Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yəqub yanındakı övladlarına) dedi: “Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyərdim ki, Yusifin ətrini alıram!”” (“Yusif”, 94.)

Yusif (ə)

“Ey iki zindan yoldaşım! (Yuxularınızın mənasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!”” (Yusif, 41.)

Musanın yol yoldaşı

Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb çıxartdı). (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)”. (Xızır) belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?” (Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!” Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü. (Musa) dedi: “(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)”. (Xızır) yenə belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən? Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)”. Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın. . .” (Xızır) dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm! Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi. Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik. Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!”

İsa (ə)

“Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır.” (“Ali-İmran”, 49.)

Qeyd edilən ayələrdən məlum olur ki, peyğəmbər və ya imamın müxtəlif məsafəlrədən onları çağıran şxəslərin səsini eşidə bilməsi, nəuzu billah, onun allahlaşması anlamına gəlmir. Əksinə peyğəmbər və imamlar Allahın əziz bəndələridir və bu ixtiyarları da onlara yalnız Allah verib.

Комментариев нет:

Отправить комментарий