вторник, 13 января 2015 г.

Əgər Əhli-beyt beş nəfərdirsə, bu, digər imamlara necə şamil olunur?

Cavab: Ayə nazil olan vaxt Əhli-beytdən yalnız beş nəfəri həyatda idi. Qalanları sonradan dünyaya gəlmiş və imamlıq məqamını bir-birlərindən irs almışlar.
Allahın təkvini iradə və istəyi ilə Əhli-beyt (ə) bütün günahlardan pak, şərdən və nəfsani istəklərdən uzaqdır. Şübhəsiz ki, Allah-taala Öz iradə və istəyinə qarşı çıxmaz. Bəzilərinin Allah-taalanın Öz iradəsinə qarşı çıxdığını deməsi tam nadanlıqdandır. Maddi aləmdə ilahi istəyə hansı amil mane ola bilər?! Əlbəttə, bu yalnız o zaman baş verə bilər ki, ilahi iradə və istək müəyyən bir şeylə şərtlənsin və həmin şərt də gerçəkləşsin. Məlum olduğu kimi, “Təthir” ayəsində ilahi iradə mütləqdir və heç bir şeylə şərtlənməmişdir.
Bəziləri deyirlər ki, bu fikir Peyğəmbərin (s) bütün səhabələrinin, xüsusilə Bədr müharibəsində iştirak edənlərin də məsum olduğunu nəzərdə tutur. Çünki Allah-taala səhabələr haqda da belə buyurmuşdur: “Allah sizi pak-pakizə qərar vermək, nemətini sizə tam çatdırmaq istəyir. Bəlkə, Onun nemətləri müqabilində şükür edəsiniz!”
Təəssüflər olsun ki, təəssübkeşlik odu şölə çəkib alovlandıqda, hər şeyi bürüyüb külə döndərir. Qurani-kərimdə Bədr müharibəsi haqda belə bir ayə yoxdur və həmin müharibə ilə əlaqədar nazil olan ayə yalnız budur:
وَيُنَزِّلُ عَلَيْكُم مِّن السَّمَاء مَاء لِّيُطَهِّرَكُم بِهِ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ الشَّيْطَانِ
“Allah sizi pak-pakizə etmək və Şeytanın çirkinliyindən təmizləmək üçün səmadan sizə yağış endirdi!” [Əhzab sürəsinin 33 -cü ayəsinin təfsiri]Aydındır ki, bu ayə Bədr müharibəsi zamanı yağışın yağması müsəlmanların ehtiyaclarının ödənməsi, onların qüsl və dəstəmaz almaları ilə bağlıdır və bunun bizim mövzumuza heç bir aidiyyatı yoxdur. Lakin təəssübkeş alim bütün səhabələrin pak və günahsız olduğunu sübut etmək üçün ayənin əvvəlinə diqqət yetirmədən, yalnız “li-yutəhhirəkum” (sizi təmizləmək üçün) felini əsas götürür. “Və lakin yuridu li-yutəhhirəkum…” (Allah sizi pak-pakizə qərar vermək, nemətini sizə tamamlamaq istəyir. Bəlkə, Onun nemətləri müqabilində şükür edəsiniz!) cümləsi isə Bədr döyüşçülərinə aid deyil və qüsl, dəstəmaz və təyəmmüm ayəsinin davamıdır. Məlum olduğu kimi, İslamda qüsl, dəstəmaz və təyəmmüm də paklıq nişanəsidir. Həmin təfsir aliminin bu ayəni “Bədr” döyüşü ilə əlaqələndirməsi, qüsl, dəstəmaz və təyəmmümlə bağlı məsələni “ismət və günahsızlıq” bəhsi ilə qarışdırması çox maraqlıdır!
Başqa bir sual yarana bilər ki, əgər ayə beş nəfərin ismət və günahsızlığına aiddirsə, nə üçün “yuridu” (istəyir) feli indiki zaman formasında işlədilmişdir? Əgər onlar məsumdurlarsa, nə üçün “Allah əzəldən sizin pak olmağınızı istəmişdir” yox, “Allah sizin pak olmağınızı istəyir” buyurulmuşdur?[Ənfal sürəsi-11 ayə]
Əgər bu irad Quran ayələrində işlədilən “yuridu” (istəyir) ifadəsi ilə birgə araşdırılsa, əsla şübhə yeri qalmaz. Çünki Quranın əksər ayələrində bu söz keçmişdən indiyə, indidən gələcəyə qədər zamanı bütünlüklə əhatə edir. Başqa sözlə, keçmiş, indiki və gələcək zamanlar hər üçü bu sözlə ifadə olunur və aşağıdakı ayələr buna sübutdur:
وَمَا اللّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَالَمِينَ
“Allah aləmlərə əsla zülm etmək istəmir!”َ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ
“Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir!” [Ali-İmran-108 ayə]يُرِيدُ اللّهُ أَن يُخَفِّفَ عَنكُمْ
“Allah üzərinizdə olan çətinliyi asanlaşdırmaq istəyir!” [Bəqərə-185]Şübhəsiz ki, bu ayələrdə Allah-taalanın keçmişdə zülm etməsi, insanların çətinlikdə olmasını istəməsi və sonradan öz qərarından dönüb, onun əksinə çıxması nəzərdə tutulmur. Əksinə, bu ayələrdə Allah-taalanın istəyi bütün zamanları əhatə edir. Qurani-kərimdə şeytan haqda belə buyurulur:
وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلاَلاً بَعِيدًا
“Şeytan onları çox uzaq olan bir azğınlığa sürükləmək istəyir!” [Nisa -28 ayə]إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ
“Şübhəsiz ki, şeytan şərab və qumarla aranıza ədavət və kin-küdurət salmaq istəyir!” [Nisa-60]بَلْ يُرِيدُ الْإِنسَانُ لِيَفْجُرَ أَمَامَهُ
“Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir!” [Maidə-91]Bu ayələrdə də şeytanın insanları azğınlığa sürükləməsi, yaxud şərab və qumarla onların arasında ədavət və kin yaratması bütün zamanlara aiddir. Üçüncü ayədə buyurulduğu kimi, nankor insan həmişə günah və çirkin işlərə meyllidir və buna görə də qiyamət gününü danır.
Qurani-kərimdə “yuridu” (istəyir) felinin bütün zamanlara aid olmasını göstərən yuxarıdakı altı ayədən əlavə, (müddəamızı təsdiqləyən) ayələr də var. Beləliklə, “Təthir” ayəsi Allahın istək və iradəsinin bütün zamanlara aid olduğunu, “Kisa” əhlinin, məsum imamların həmişəlik paklığını göstərir.

Комментариев нет:

Отправить комментарий